Qoçaqdan təzə xəbər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qoçaqdan təzə xəbər - FOTOLAR

Xanəndə Qoçaq Əsgərov Şanxayda “ Shanghai World Music Festival-2014” festivalı çərçivəsində üç günlük konsert proqramı ilə çıxış edib.

Publika.az-a bu barədə danışan sənətçinin fərqli məkanlarda keçirilən konsertləri maraqla və coşqu ilə qarşılanıb. Əllərindəki plakatlarla səhnədəki azərbaycanlı musiqiçi heyətə çağırış edən festival izləyiciləri repertuardan artıq ifa dinləmək imkanı qazanıb. Sonuncu konsert daha yaddaqalan olub.

Qocaq Əsgərovu və onu müşayiət edən (tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov) musiqiçiləri daha geniş publika izləyib. Şanxayın ən iritutumlu konsert məkanlarından birində ilk dəfə səslənən Aəzrbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyada ən sayılıb-seçilən nüfuzlu şəxslər dinləyib. Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKO-nun ekperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı olub. Daha sonra “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnıları səsləndirirlib. Konsertlər zamanı Q.Əsgərovun diskləri satışa çıxarılıb.

Qoçaq Əsgərovun festival çərçivəsində konsertləri yerli telekanallar vasitəsi ilə işıqlandırılıb. Eyni zamanda, xanəndə festivaldan kənar, ayrıca konsertlər vermək üçün təkliflər alıb.

Xatırladaq ki, festivala hazırlıq ərəfəsində, Qoçaq Əcgərov publikaya “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm