Tabloid.az
73 il birlikdə yaşayıb, birlikdə öldülər - FOTO
94 yaşlı Helen Auer son nəfəsini alanda 73 illik ömür-gün yoldaşı 100 yaşlı Co onun cansız bədəninə doğru əyilərək sonuncu dəfə öpdü və "Helen məni evə çağır" deyə pıçıldadı. Heç bir saat keçmədi və Helen onu öz yanına çağırdı. 100 yaşlı Co da öldü.
Publika.az-ın məlumatına görə, Ohayoda bunu unikal bir sevgi hekayəsi hesab edirlər.
Uşaqları da daxil, hər kəc Conun Helendən ayrı yaşaya bilməyəcəyini hiss edirdi. Çünki bu 73 ildə onları heç bir çətinlik ayıra bilmədi. Yaşadıqları həyatda çox çətinliklərin öhdəsindən birlikdə gəldilər, İkinci Dünya müharibəsinin depressiyasını birlikdə yaşadılar. Co müharibəyə getdi. Helen isə hər an onun yolunu gözlədi...
...Conun ölümündən sonra pul kisəsindən çıxan ağ-qara bir şəkil isə... Bu həmin şəkil idi ki, hələ 1944-cü ildə Co müharibə illərində Helen və ilk övladları ilə birlikdədi. Bu müddət ərzində Co hər zaman onu yanında daşıdı. Dəfn olunanda da həmin şəkil məzarına qoyuldu.
Uşaqları deyirlər ki, bu ailəni Helenin qayğıkeşliyi və sevgisi qorudu, yaşatdı. O cümlədən də, Conun təmkini. Co inanclı insan idi və həmişə Heleni və uşaqlarını Tanrının hədiyyəsi hesab edərdi.
Bu sevgi hekayəsi insanı ruhlandırır və sevindirir. Sevgi var, sadəcə onu qorumaq və yaşatmaq üçün iradə lazımdı. İtirmək çox asandı. Amma qazanmaq yox.
Publika.az cütlüyün fotolarını təqdim edir:
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var