Tabloid.az
Almaniyada Azərbaycan mədəniyyəti günü keçiriləcək
Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək.
Fonddan Publika.az-a verilən məlumata görə, tədbir çərçivəsində
izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya
bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən
ibarət ekspozisiya ilə tanış ola biləcəklər.
Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə
keçəcək konsertdə milli və klassik musiqilər ifa ediləcək.
Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan
“Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı
professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda
almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib,
elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Fondun qeyd olunan nəşri, eyni zamanda, Azərbaycan incəsənəti
nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunan tədbir
zamanı da təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorfer
Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti
olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud
və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.
Bu ərəfədə Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı keçiriləcək tədbirlərdən yazıb. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda, bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.