Tabloid.az
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

2014-cü il Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi Bakıda keçiriləcək.
Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriliyi ilə birgə təşkil olunan forumun açılışını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru Snejana Samardziç-Markoviç edəcəkdir.
Forumun iştirakçılarına Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, təsdiqlənmə üçün yeni namizədlər, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin 23 üzv dövlətinin mədəniyyət və irs (BMÜTT, İƏİT, ICOMOS...) sahəsində çalışan, həmçinin digər təşkilatların nümayəndələri, alimlər, mütəxəssislər və mədəni turizm sahəsindəki peşəkarlar daxildir.
Forum marşrutların öz fəaliyyətlərini təqdim etdiyi, uğurlu təcrübələrin paylaşıldığı və tematik seminarlarda mövcud problemlərin müzakirə edildiyi illik tədbirdir. Bu il müzakirələr mədəni marşrutların mədəniyyətlərarası dialoqun və transmilli şəbəkələr vasitəsilə davamlı sosial və iqtisadi inkişafın təşviqinə necə xidmət edə bilməsi, onların Avropanın yaddaşı və tarixini işıqlandırmaq və onu qorumaqla müasir cəmiyyətlərin necə qavranılması mövzuları ətrafında olacaqdır.
Forum müddətində 2 gün ərzində seminarlarda aşağıdakı mövzular müzakirə ediləcəkdir.
- Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi
- Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək
- Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar
- Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh"
- Mədəni marşrutlar Avropa yaddaşının və yaşadılan tarixin qoruyucuları kimi

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı