Tabloid.az
Aparıcı Mikayıla “oğurluq malı” aşıq veribmiş – VİDEO
“Space” telekanalında yayımlanan “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu adının şeir oğurluğunda hallandırılmasına münasibət bildirib.
Teleaparıcı Publika.az-a açıqlamasında deyib ki, oğurluq olduğu iddia edilən “Mənim həyat yoldaşım” adlı şeiri ona aşıq Fərhad verib və mətni öz şeiri kimi təqdim edib:
“Fərhad dedi ki, bu, mənim şeirimdir. Mən də efirdə onu Fərhadın
şeiri kimi təqdim etdim. O xanım kimdirsə, yəqin, verilişə diqqətlə
baxmayıb. Mən heç vaxt deməmişəm ki, bunu özüm yazmışam. Bəli,
qızlarıma həsr etdiyim şeirim var və onun özümün olduğunu da
demişəm. Verilişimdə Ramiz Rövşən, Salam Sarvan, İlham Qəhrəman
kimi şairlərin şeirlərini demişəm. Nəsimidən, Füzulidən qəzəllər
səsləndirmişəm. Axı muğamın ortasında necə deyim ki, bu, filankəsin
şeiridir”.
Qeyd edək ki, iki gün öncə Biləsuvardan olan şairə xanım Mətanət Poladova ona məxsus şeirin teleaparıcı Mikayıl Güləddinoğlu tərəfindən oğurlandığını iddia etmişdi. Şairə bildirirdi ki, Güləddinoğlu “Sevimli Şou” verilişinin 13.10.2014-cü il tarixində efirə gedən buraxılışında onun 20 il öncə yazdığı şeirlərindən birini öz mətni kimi səsləndirib.
İntiqam VALEHOĞLU
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq