Tabloid.az
33 ölkə Bakıya 115 film gətirib
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-21-də Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.
Publika.az-ın məlumatına görə, FİCTS - İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
II Bakı festivalının ünvanına 33 ölkədən 115 film daxil olub. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: bədii film, idman və şəxsiyyət, idman və dünya, TV filmləri, milli film.
Birinci festivalla müqayisədə bu ilki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb ki, bunu da Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.
Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusunda olan işlərindən ibarət sərgi təşkil olunacaq. Festivala qatılmış film müəllifləri və idman mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.
Dünyada tanınmış idman xadimləri, Olimpiya və dünya çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin festivalda iştirakı gözlənilir. Festivalla bağlı daha ətraflı məlumatı www.bisff.az veb-saytından əldə etmək olar.
Cəvahir
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?