Tabloid.az
Faiq Ağayev: “Elə bir yerə gedəcəyəm ki, telefonumun şəbəkəsi tutmasın“
![](https://publika.az/storage/upload/publika.az1416300232faiq.jpeg?v1734846048)
Publika.Az-a açıqlama verən Faiq bəy, bunları deyib: ““İstəyirəm” adlı mahnısı üzərində çalışıram. Musiqisi və anajemanı Emin Kərimiyə, sözləri isə Ülviyyə Alovluya məxsusdur. Çox maraqlı yay hiti olacaq”.
Xalq artisti 1-2 aya xarici ölkələrin birinə səfər edərək orada
ürəyi istədiyi kimi istirahət edəcəyini deyir. "Elə bir yerə
gedəcəyəm ki, telefonumun şəbəkəsi orada tutmasın. Çünki işlərimə
görə narahat edən çoxdur. Ancaq hələ ki, Azərbaycandayam. Xarici
ölkəyə avqust ayında getməyi planlanşdırıram. Bir şey də söyləyim
ki, insan, mövsümdən asılı olmayaraq hər zaman işləməli və halal
yolla, alın təri ilə pul qazanmalıdır. Bir yerdə durmaq olmaz.
İstirahət etmək də lazımdır. Çünki hər bir kəsin istirahət etmək
hüququ vardır. Mən də həmin hüquqdan istifadə edəcəyəm”.
Faiq Ağayev şou-biznes əhlindən də söz açıb. O, həmkarlarına
ismarıc göndərməyi də unutmayıb: “Zamanla hər şey həll olacaq və
şou-biznesdə olan ifaçılar yaxşıca ələnəcək. Dəyərli müğənnilər də
öz yerlərini tutacaq. Onu da deyim ki, hər şeyi tamaşaçı həll edir.
Atalarımız düz söyləyib ki, “Hay-hayla gələn, vay-vayla gedər”, -
deyə xalq artisti fikirlərini tamamlayıb.
Publika.Az
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ