Tabloid.az
Azərbaycanlı “Çölçü” Rusiyada – FOTO
Bu gün Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində “Akbuzat” Beynəlxalq Milli və Etnik Kinofestivalına start verilib.
Publika.az-ın məlumatına görə, festivalda Azərbaycan da təmsil olunacaq.
Kinofestivalının əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği və mübadiləsi, kinematoqrafiyanın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.
Müsabiqəyə Azərbaycan, Kuba, İran, İraq, Pakistan, Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Bolqarıstan və Türkiyədən 150 film təqdim olunub. Filmlər üç bölümdə - tammetrajlı, qısametrajlı bədii və sənədli filmlərin bütün janrları üzrə olacaq.
Seçim turunun əsas mərhələsinə 10 bədii, 9 qısametrajlı, 15 sənədli film keçib. Əsas müsabiqədəki filmlər ən yaxşı rejissor, operator, ssenari üzrə mükafatlar və baş mükafat uğrunda yarışacaq. Festival haqqında geniş məlumatı www.silverakbuzat.ru saytından əldə etmək olar.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 25 beynəlxalq kinofestivalı və forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.
Cəvahir
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı