Deniz Seki həbsdən buraxıla bilər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Deniz Seki həbsdən buraxıla bilər – FOTOLAR

Narkotik maddələrin istifadəsi və satışı ittihamı ilə həbs olunan tanınmış türkiyəli müğənni Deniz Seki yenidən məhkəmə qarşısına çıxarıla bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı imzatoplama kampaniyasına başlanılıb.

Bu ayın 15-də Bakırköy Qadın və Uşaq Həbsxanasına aparılan sənətçinin pərəstişkarları change.org internet saytında imza kampaniyası keçirir. “Deniz Sekiyə ədalət” adıyla başlanan kampaniyada daha sonra bunlar qeyd olunur:

“Ölkəmizdə belə bir təcrübə mövcuddur. Əziz Yıldırım üçün yenidən məhkəmə araşdırması aparıldı. Bunun Deniz Seki üçün də tətbiq olunmasını istəyirik“.

Qeyd edək ki, sənətçi narkotik maddələrin istifadəsi və satışı ittihamıyla 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm