Tabloid.az
Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə - FOTOLAR
Dövlət Musiqili Teatrı Yeni İl şənliklərinə Şarl Peronun “Yatmış gözəl” nağılının motivləri əsasında “Yatmış gözəl və cırtdanlar” tamaşası ilə hazırlaşır.
Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə Publika.az- bildirib ki, cari ilin sonuna qədər premyerası baş tutacaq bu səhnə əsəri balaca tamaşaçılara məktəblilərin qış tətili günlərində Yeni il nağılı kimi təqdim olunacaq. Disneyin nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz cırtdanlarla zəngin olan tamaşada nağılçı, Kral Stefan, Santa Klaus, cadugər Malifisenta və başqa obrazları Əməkdar artist Novruz Qartal, Nicat Həbibov, Mehriban Zalıyeva, Türkel Şabanova kimi tanınmış aktyorlar canlandıracaq. Musiqili Teatrın xor və balet truppasıda bu səhnə əsərinə xüsusi gözəllik qatacaq. Dekabrın 25-dən yanvarın 10-dək hər gün balaca tamaşaçıların görüşünə gələcək tamaşada və Yeni İl şənliyində uşaqları maraqlı əyləncə, sürprizlər və Şaxtababadan hədiyyələr gözləyir.
Qeyd edək ki, musiqili-əyləncəli tamaşanın quruluşçu-rəssamı Vüsal Rəhim, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayevadır.
Cəvahir
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi