Tabloid.az
“Azərbaycan səhnəsinin Cülyettası”nın şərəfinə - FOTO
Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Publika.az-ın məlumatına görə, tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun ustad sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.
Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, əsl xalq məhəbbəti qazanmış, “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsinin unudulmaz səhifələrindən birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən Barat Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlarının məharətli ifaçısı idi.
Tədbir dekabrın 17-də saat 19.00-da baş tutacaq.
Cəvahir
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ