Tabloid.az
“Sən həmişə mənimləsən” – Braziliyada da!..
Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin “Milli İncəsənət Fondunun” (FUNARTE) təşkilatçılığı ilə Rio de Janeyro şəhərində Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin bu ölkədə portuqal dilində nəşr olunmuş “Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib.
Publika.az-ın məlumatına görə, mərasimdə
FUNARTE-nin prezidenti Guti Fraqa Azərbaycanın tanınmış yazıçısının
əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə
olduğunu bildirib. Bunun Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı
ilə tanış olmaq üçün yeni imkan yaratdığını söyləyib.
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandığını bildirib və dramaturqun zəngin yaradıcılığı barədə məlumat verib. E.Sultanov kitab təqdimatının ölkələrimiz arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə olduğunu deyib.
“İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil Azərbaycanın
qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olduğunu qeyd edərək,
kitabın Braziliyada maraqla qarşılanacağına əminliyini
bildirib.
Sonra braziliyalı teatr aktyorları ədibin “Sən həmişə mənimləsən”
pyesini portuqal dilində oxuyublar.
Tədbirdə Rio de Janeyro şəhərinin rəsmiləri, akademik və mədəni
dairələrin nümayəndələri habelə, Azərbaycan icmasının üzvləri
iştirak ediblər.
Cəvahir
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO