Tabloid.az
“Bakı Gecələri”nin qala-konserti keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 24-də Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının qala-konserti baş tutacaq.
Publika.az-ın məlumatına görə, “Bakı Gecələri”
estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın
beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı
müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi,
estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının
təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
“Bakı gecələri - 2014” Estrada Mahnı Festivalının qala-konsertində
2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən
sevilərək hitə çevrilən və Festivalın Təşkilat Komitəsi tərəfindən
seçilərək proqrama daxil edilən 25 mahnı səslənəcək. Qala-konsertdə
tamaşaçılara təqdim olunan mahnılar “Bakı gecələri-2014” Estrada
Mahnı Festivalının Laureatı adına layiq görülüb.
Qeyd edək ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən
etibarən keçirilir. Təşkilat Komitəsi 2013-cü ildə estrada janrında
yazılan mahnıların az olduğunu nəzərə alaraq, festivalın 2 ildə bir
dəfə keçirilməsinə qərar verib.
Cəvahir
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını öldürdü - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin127 Aprel 19:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər