Tabloid.az
Xalq artistindən ağrılı etiraf: “Bu yaşımda...”
Xalq artisti, Akademik Milli Dram Teatrın aktyoru Ələsgər Məmmədoğlu seriallara çəkilmək arzusundadır. Amma aktyor nədənsə serial rejissorlarından dəvət almır.
Giley-güzarını Publika.az-a bölüşən aktyor Yeni ildə arzularından da danışıb: “Ötən il yaradıcılığımda elə də fərqli il olmadı. Teatrda bəzi tamaşalarım oldu, oynadım. Amma nə kinoya çəkildim, nə də seriala. Bu gün Azərbaycanda film az çəkilsə də, dövlət dəstəyi ilə çoxlu sayda seriallar çəkilir. Amma bir seriala belə çəkilməmişəm. Məni dəvət edən yoxdur. Durub bu yaşımda hansısa rejissora deyə də bilmirəm axı, mən də varam və çəkilmək arzusundayam. Onlar özləri biz yaşda sənətkarları yada salmalıdır. Ola bilər maddiyyata görə daha çox gənclərə üstünlük verirlər. Düşünürlər ki, yaşlı və tanınmış aktyorlar yüksək məbləğdə qonorar istəyəcək. Əslində belə olmalıdır. Amma aktyor da rolsuz yaşaya bilməz axı. Məsələ burasındadır ki, heç dəvət edən yoxdur. Onda qala ortada qonorar söhbəti də olsun. Əgər özümə uyğun, maraqlı rollar olarsa, dəvət edərlərsə, məmnuniyyətlə, seriallarımıza çəkilərəm. Hər halda, yerli seriallar da inkişaf edib, mükəmməlləşməlidir”.
2015-ci ildə yaradıcılığında yeniliklər olacağına ümid edən aktyor dəvətlərin də bol olacağını gözləyir.
Cəvahir
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi