Tabloid.az
Fərqanə Qasımovanı İranda səhnəyə buraxmadılar
İranın öndə gedən sənətçilərinin geniş alqışını qazanan Alim Qasımov və qızı Fərqanənin üç günlük Tehran konsertinin son günü qalmaqalla başa çatıb.
Publika.az xəbər verir ki, yerli xəbər agentliklərinin yaydığı məlumata görə, yanvarın 11 və 12-də ata ilə qızın birgə konserti Tehranın Vəhdət sarayında sadəcə musiqi sevərlərin deyil, İranın usta sənətçiləri tərəfindən də heyranlıqla qarşılanıb. Qasımovların möhtəşəm ifasını türkcə bilməyənlər də zövqlə dinləyib.
Lakin, konsertin üçüncü günündə Alim Qasımov səhnəyə tək çıxıb.
İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya istinadən, ilk iki gecədən fərqli olaraq, yanvarın 13-də Fərqanə Qasımova, eləcə də Tehranın nəfəs musiqi alətləri orkestri səhnəyə gəlməyib və bir saat yarım gecikmə ilə heyranlarının qarşısına çıxan “Şərqin Bülbülü” sənətini sadəcə bir tarzənin müşayiəti ilə ifa edə bilib.
Şərqi Azərbaycan vilayətində fəaliyyət edən Anac adlı internet qəzeti üçüncü gecə cəmiyyət arasından “Qarabağ bizimdir, bizim olacaq” şüarının səslənməsi ilə Vəhdət sarayında siyasi atmosferin yarandığını yazıb.
Dövlətin rəsmi mətbuat orqanı Fərqanə Qasımovanın səhnəyə çıxmamasının səbəbini açıqlamayıb, ancaq, İLNA xəbər agentliyinin yazdığına görə, Alim Qasımov ortaya çıxan gecikmə və qızının səhnəyə çıxmadığı üçün cəmiyyətdən üzr istəyərək İran qanunlarına hörmətlə yanaşdığını, amma, dünyanın heç bir yerində qadınlarla belə davranılmadığını ifadə edib.
Anac-ın yazdığına görə, dünya şöhrətli müğənni həmçinin keçən il İran Azərbaycanının şəhərlərində konsertinin ləğvi ilə bağlı narahatlığını Vəhdət sarayındakı cəmiyyətlə paylaşıb.
Bəzi qəzetlər isə İran polisi ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) qadın sənətçinin səhnəyə çıxmasını önlədiyini yazıb. Fərqanə Qasımova özü bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.
Tehran konserti əsnasında kürd cəmiyyətinə mənsub məşhur iranlı müğənni Şəhram Naziri Alim Qasımova hədiyyə təqdim edərək Şərq Bülbülünün sənətini yüksək qiymətləndirib. Alim Qasımov konsertə gələn bir çox iranlı tanınmış yazar, usta musiqiçi və məşhur kino ulduzları o cümlədən, Mahmud Dövlətabadi, Fatma Mötəmid Arya, Gülab Adinə, Pərviz Pərəstuyi və Atəş Təqipur tərəfindən alqışlanıb.
-
Magazin119:12
Pərvin Abıyevanın adından SAXTAKARLIQ - FOTO
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi