Tabloid.az
Natəvan Həbibi: “Tolikin məhkəmədən sonra “Instagram” səhifəsində yazdıqları...”
Müğənni Natəvan Həbibi məhkəmədə prodüser Tolik üzərində qazandığı qələbədən danışıb.
Fikirlərini Publika.az-ın əməkdaşı ilə bölüşən sənətçi bildirib ki, Azərbaycanda qanunların işlədiyinə tam əmindir:
“Demək istəyirəm ki, bu ölkədə qanunlar var və bu qanunlar
məhkəmələrdə düzgün tətbiq olunur. Kimliyindən asılı olmayaraq, heç
kəs qanunları və məhkəmə qərarlarını şübhə altına ala bilməz.
Məhkəmədən sonra Tolikin “Instagram” səhifəsində yazdıqları isə
sadəcə, məğlub şəxsin psixoloji portretini əks etdirir. Tolik
yazdıqları yalanlara və təhqirlərə görə üzr istəməlidir. Tolikin
məhkəmədə qalib gəlməsi üçün dəridən-qabıqdan çıxan bəzi şəxsləri
də düzgün mövqe tutmağa, qanunlarımıza hörmət etməyə
çağırıram”.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Natəvan Həbibinin prodüser Tolikə qarşı “şərəf və ləyaqətin təhqir edilməsi, işgüzar nüfuza xələl gətirilməsi” ilə bağlı qaldırdığı iddiaya baxıb və Tolikin müğənnidən üzr istəməsinə qərar verib.
Ancaq Tolik sənətçidən üzr istəməyəcəyini bildirib.
İntiqam VALEHOĞLU
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO