Alim Qasımovdan Prezidentə musiqili xitab - VİDEO
Bizi izləyin

Tabloid.az

Alim Qasımovdan Prezidentə musiqili xitab - VİDEO

Xəbər verildiyi kimi, ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.

Bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o, xanəndə Təyyar Bayramova müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib.

A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.

Böyük xanəndəmizin prezidentin qarşısında oxuduğu muğamın sözləri mesaj xarakterlidir və aşağıdakı kimidir:

Kim bizim diyarda qoysa yadigar,

Xalqın ürəyində daima yaşar.

Dolanıb ömürdən keçsə min bahar,

O mərdi dünyada unutmaq olmaz.

Şair, sən də durma yaşayıb-yarat,

Şeirlə səslənsin bu gözəl həyat.

Xalqın nəfəsinə nəfəsini qat,

Xalqsız bu dünyada ucalmaq olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm