Firəngiz Əlizadə: “Gecəyarısı məni təbrik etdi”
Bizi izləyin

Tabloid.az

Firəngiz Əlizadə: “Gecəyarısı məni təbrik etdi”

Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsəri (İmpulse) də daxil olmaqla, “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb.

“Grammy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los-Ancelesdə keçirilib.

Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə təəssüratlarını Publika.az-la bölüşüb:

“Bu xəbəri gecə saatlarında mənə səbəbkar özü yazdı. Səhər tezdən də telefonla danışdıq, bir-birimizi təbrik etdik. Əslində, mən Hillari Hanın yaradıcılığını çoxdan izləyirdim və çox da bəyənirdim. O, mənə bir əsər sifariş etmişdi. Əsərin adını “İmpuls” qoydum. Soruşanda ki, “niyə məhz “İmpuls”?” ona dedim ki, sən səhnəyə çıxanda insanlara öz musiqinlə impuls ötürürsən. Hillari bu musiqini bütün dünyada ifa etdi və çox da sevildi. Nəhayət, mən o musiqiçi ilə Berlində görüşdüm. O, mənim musiqimi kompakt diskinə daxil etdi. İnanırdım ki, bu əsər uğur qazanacaq, belə də oldu”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm