Tabloid.az
Afaq Aslan “lesbiyan söhbəti”nə görə məhkəməyə verilir – ÖZƏL
Aytac Vidadiqızının anası müğənni Afaq Aslanı məhkəməyə verir.
Bu barədə Publika.az-a açıqlamasında Aytacın anası Aygün Heybətova bildirib.
A.Heybətova əməkdaşımızla söhbətində Afaq Aslan barədə bəzi xoşagəlməz ifadələr də işlədib. Ancaq etik səbəblərdən həmin fikirləri təqdim etmirik:
“Afaq Aslan saytlara lazımsız açıqlamalar verib. İndi biz Afaqı
məhkəməyə verməyə gedirik. Tək Aytac yox, ailəvi şəkildə hamımız
onu məhkəməyə verəcəyik. Mən Afaqın başına bir oyun açım, o da
baxsın. Mənim uşağım yerdən çıxmayıb, yiyəsiz deyil. Afaq kimdir
ki, onun üçün o cür ifadələr işlətsin?
Kim ixtiyar verib ki, o, mənim uşağımın ədəb-ərkanı ilə oynasın? Bununla neçənci dəfədir ki, Aytaca ilişir. Mən Aytacın anası kimi onu rahat buraxsam, yaşaya bilmərəm. Bir dəfə ATV kanalında lazımsız sözlər işlətdi, dedik ki, baş qoşmayaq. O özü nə gündədir? Biz ona baş qoşmuruq. Amma gəlib məhkəmədə cavab verər. Aytac küçələrdə qalmayıb ki. Müğənni olanda adama ağzına gələni yazarlar?”
A.Heybətova “qızınızın Afaq Aslanın sevgilisiylə görüşməsi fikrinə münasibətiniz necədir” sualına da əsəbi tərzdə qeyri-etik cavab verib və əlavə edib ki, Aytac həmkarı Afaqın sevgilisini tanımır.
Xatırladaq ki, mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızı lent.az-a müsahibəsində işlətdiyi bu sözlər Afaq Aslanı özündən çıxarıb:
“Adını çəkmək istəmədiyim bir xanım həmkarım mənə şər atmışdı ki, sən mənim sevgilimlə gəzirsən. Zəng eləyib mənə dedi ki, səni sevgilimlə hoteldə görüblər. Mən də dedim ki, heç mən bilmirəm ki, o hotel harada yerləşir. Sonra öyrəndim ki, həmin həmkarım təkcə mənə yox, bir çox xanım müğənnilərə şər atıb. Mən heç kimin sevgilisini əlindən almamışam. Bu, şər idi".
A.Aslan isə bu açıqlamalara reaksiya verərək bildirib ki, xanım həmkarı ona intim münasibətdə olmağı təklif edib: “Bu Aytac həmin insandır ki, mən onun evinə söhbətə getmişdim ki, müəyyən edim ki, niyə mənim sevgilimlə yatmısan? Həmin vaxt o, qapını açarla bağladı ki, bu gecə mənimlə yatacaqsan, mən səni buraxmıram, bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə, ölürəm sənin üçün. Razılaşmadım. Onun evindən qırğınla çıxmışam. Onda bildim ki, o, lesbiyan imiş. Üzünə də deyərəm. Getsin, lesbiyanlığının dərdini çəksin. Hotelləri tanımayan xanım, nədənsə hotellərin ulduzuna çevrilib. Onu bütün respublika gözəl tanıyır, nə yolun yolçusu olduğunu gözəl bilir”.
İntiqam VALEHOĞLU
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun