Tabloid.az
Demis Russosun evi satışa çıxarıldı
Əfsanəvi yunan müğənnisi Demis Russosun varisləri bütün dünyanı təəccübləndirib.
Publika.az-ın məlumatına görə, müğənninin ölümündən az müddət keçməsinə baxmayaraq, onun Afinadakı dəbdəbəli evi artıq satışa çıxarılıb. Russosun övladları elit əmlaka görə 2 milyon avrodan artıq pul qazanmağı düşünürlər.
Demis Russosun ailəsi üçün aldığı malikanə Yunanıstanın paytaxtı Afina şəhərinin nüfuzlu Ano Vula rayonunda yerləşir. Müğənninin həyat yoldaşı və övladları vaxtlarının çox hissəsini məhz pəncərələri Saronik körfəzinin gözəl mənzərəsinə açılan və ümumi sahəsi 400 kvadratmetr olan bu malikanədə keçirirdilər.
Artıq məlum olub ki, xarici görkəminə görə qədim fransız qəsrini xatırladan bu elit malikanə bütün ev əşyaları ilə birgə satılır. Binada bilyard otağı, çoxsaylı klassik üslublu mebellər, rəsmlər və bir çox başqa qiymətli əşyalar var.
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı