Xalq artistindən şok etiraf: “O qadını ölənə qədər saxladım”
Bizi izləyin

Tabloid.az

Xalq artistindən şok etiraf: “O qadını ölənə qədər saxladım”

Xalq artisti, sevilən aktyor Arif Quliyev “Səni axtarıram” verilişində rəhmətə gedən “anasından” danışıb.

Publika.az-ın məlumatına görə, aktyor gənc yaşlarında Balaxanıda yaşayan bir qadının ona analıq etməsindən və uzun müddət bərabər yaşadıqarından danışıb: “O vaxtlar cavan oğlan idim, evlənməyə hazırlaşırdım. Balaxanıda yaşayan bir nəfər qadın məni tapıb dedi ki, sənin ananam. Mən də ona inandım, həm də o ərəfədə, doğrudan da, anaya ehtiyacım vardı.

Çünki 27 yaşım vardı, qız sevirdim. Ona elçi göndərməyə adamım yox idi. Sağ olsun, o qadın mənə ana oldu, qıza elçi gedib, nişan aparıb, toyumu etdi. Rəhmətə gedən günə qədər o qadını saxladım. Amma bundan başqa anam olduğunu iddia edən bir çox qadınlar olub. Hətta bu dəqiqə Gəncədə mənə qardaş deyən bacılarım da var. Onlar, həqiqətən də, mənim bacılarım olduqlarını deyirlər. Mən isti münasibəti çox sevirəm və buna görə mənə ana-bacı olmaq istəyən insanların hisslərinə səmimi yanaşıram. Doğma ata-anam olmasa da, bütün Azərbaycan xalqı mənə ana-atalıq etdi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm