Özcan Dəniz: “İcazə versəydiniz, Elnur “Eurovision”da Türkiyəni təmsil edərdi” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Özcan Dəniz: “İcazə versəydiniz, Elnur “Eurovision”da Türkiyəni təmsil edərdi” - FOTOLAR

Yeni çəkdiyi “Sevimli, təhlükəli” filminin Qala gecəsi üçün Bakıya gələn məşhur türk müğənnisi və aktyoru Özcan Dəniz Nizami Kino Mərkəzində filmin təqdimatından sonra media mənsublarının suallarını cavablandırıb.

Publika.az-ın məlumatına görə, sənətçi filminin azərbaycanlı izləyicilər tərəfindən seviləcəyinə əmin olduğunu söyləyib. Filmin təsiredici süjet xəttinə malik olduğunu deyən Özcan Dəniz ekran işinin insanlarda böyük təsir oyadacağına əmin olduğunu bildirib.

Sənətçi film yaradıcılığından danışarkən, müğənnilik fəaliyyətini də unutmayıb: “Mən müğənnilik fəaliyyətimdən əl çəkəcəyimi düşünmürəm. Çünki hesab edirəm ki, bu Türkiyə şou-biznes bazarında bir itki olardı. Yeni ekran işimə gəlincə, filmin beynəlxalq uğurunu zaman göstərəcək. Əsas olan budur ki, mən ortaya iş qoydum”.

Sənətçi eyni zamanda Türkiyədə böyük uğur qazanan Elnur Hüseynovla da bağlı fikirlərini bölüşüb.

Jurnalistlərin “Elnurun haqqında Türkiyədə nədən mənfi fikirlər səsləndirildi” sualına cavab olaraq sənətçi bunları deyib: “Elnurun uğurunu yüksək qiymətləndirirəm. Çox mükəmməl səs tembrinə və ifaçılıq qabiliyyətinə malik sənətçidir. Mən Elnur haqqında Türkiyədə xoşagəlməz fiikr eşitmədim, əksinə, hər kəs onunla qürur duyurdu. Elnurun sayəsində Türkiyə gözəl bir səs sahibi qazanmış oldu. Elnur bir dəfə Azərbaycanı “Eurovision” yarışmasında təmsil etdi. İnd idə icazə versəydiniz, bir dəfə də bizi təmsil edərdi”.

Özcan Dəniz Xocalı soyqırımını da unutmayıb. Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirib: “Bir neçə gündən sonra Xocalı soyqırımını yad edəcəksiniz. Xocalı soyqırımı insanlıq adına bir qara ləkədir, bunu hər birimiz bilirik. Bu dəhşətli hadisə məni də çox kədərləndirir. Həmin gün sizin acınıza mən də şərikəm”.

Mətbuat konfransından sonra Özcan Dəniz fanatları ilə fotoşəkillər və selfi çəkdirib.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm