Hər ərindən bir uşaq dünyaya gətirən ulduz: “Onu öpməkdən nifrət edirdim” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hər ərindən bir uşaq dünyaya gətirən ulduz: “Onu öpməkdən nifrət edirdim” - FOTOLAR

Yəqin ki, aranızda "Titanik" filmini izləməyən yoxdur. 12 "Oscar" alaraq kino tarixinə adını yazdıran bu film Hollivuda da yeni bir aktrisa qazandırdı. Bu, filmdə Rouz obrazını canlandıran cazibədar və füsunkar Keyt Uinslet idi.

22 yaşında "Oscar"a namizəd olan Keyt, bu mükafata 6 dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarır.

1975-ci ildə İngiltərədə dünyaya gələn Keyt Uinslet bu günə kimi "BAFTA", "SAG", "Grammy" və "Qızıl qlobus" mükafatlarını alaraq aktrisalıqda iddialı olduğunu sübut edir.

Keyt Uinsletin Hollivudun gündəmində qalmasına səbəb, sadəcə, yaxşı aktrisa olması deyil. Gözəl xanım şəxsi həyatı ilə də daim diqqət mərkəzində olub. Cazibədar aktrisa bu günə kimi düz 3 dəfə ailə qurub və hər evliliyindən bir övlad sahibi olub.

İlk dəfə "Hideous Kinky" adlı filmin çəkiliş meydançasında tanıdığı rejissor köməkçisi Cim Treyplton ilə ailə qurur və Mia adını verdiyi qızını dünyaya gətirir.

2001-ci ildə ərindən boşanır və qısa müddət sonra məşhur rejissor Sem Mendes ilə nikah masasına əyləşir. Keyt bu dəfə oğul anası olur. İkinci evliliyi də uzun çəkmir və o, boşanmağa qərar verir. İddialara görə, Keytin boşanmasının səbəbi ərinin onu qısqanmaması olub.

Belə ki, "Revolutionary Road" adlı fimə çəkilən Keyt Uinslet ərinin rejissorluq etdiyi bu ekran əsərində aktyor Leonardo Di Kaprio ilə öpüşməli olub. Ancaq Sem Mendesin bundan heç narahatlıq keçirməməsi Keyti əsəbiləşdirib.

Aktrisa 2009-cu ildə verdiyi müsahibədə bu iddiaları təsdiqləyib: "Önünüzdə ehtiraslı bir şəkildə öpməli olduğunuz dostunuz, arxanızda isə sizi çəkən həyat yoldaşınız... O saniyələrdə Leonardonu öpməkdən nifrət edirdim".

Keyt Uinslet üçüncü dədə zəngin iş adamının qardaşı Ned Roknrol ilə evlənib. Özündən 3 yaş kiçik olan Nedlə ailəsinə belə xəbər vermədən evlənən Keyt tez bir zamanda 3-cü övladını dünyaya gətirir və ona Bear (Ayı) adını verir.

Keytin həyatdakı ən böyük narahatçılığı "Titanik"in çəkilişindən 17 il keçsə də, pərəstişkarlarının ondan avtoqraf istəyərkən hələ də lüt təsvir olunduğu fotoya imza atmasını istəmələridir.

Aktrisa ömrünün sonuna qədər bu şəkli görəcəyindən əmin olduğunu və bu fikrin onu dəli elədiyini deyib.

Keytin gözəlliyi dillər əzbəridir. Xüsusilə də bu sənətə ilk addım atdığı zamanlar Hollivudun ən gözəl qadını adlandırılırdı. O, ən zövqlü ulduzlardan biri hesab edilir.

Elə bu səbəbdən "Onların stili" layihəsində bu dəfə Keyt Uinsletin arıq görünmək üçün əl atdığı hiylələr və gözəllik sirləri haqqında yazmağa qərar verdim.

Viktoriya Bekhemdən ilham alır

Keyt sadə kəsimləri olan libasları çox sevir. Aktrisa bədənini tanıyır və nəyin yaraşıb-yaraşmayacağını təxmin edir. Belini vurğulayan, kəmərli, tək rəngli ziyafət libaslarında çox xoş görünür. Beli vurğulayan, kənarları tünd haşiyəyə alınıb, ortası daha açıq rəngdə olan geyimlər insanı daha arıq göstərir. Hətta modelyerlər belə libasların ən az 4-5 kilo arıq göstərdiyini iddia edirlər. Deyəsən, bu hiylədən Keytin də xəbəri var, çünki geyimlərinin çoxu oxşar modeldə olur.

Ən çox sinə dekoltesini sevir. Demək olar ki, bütün geyimlərində sinə dekoltesi olur.

Ayaqlarının quruluşu gözəl olsa da, onları gizlətməyə üstünlük veirr. Midi və maksi uzunluqdakı geyimlər onun qarderobunda üstünlük təşkil edir.

Nadir hallarda da olsa biserlə, pulcuqla bəzədilmiş geyimlər seçir. Qırmızı xalı üçün seçdiyi libasların, demək olar ki, hamısı qırmızı, qara, boz, göy rəngdədir.

Aktrisa məşhur modelyer Viktoriya Bekhemin stilindən ilham aldığını və onun kimi uzun qol donların üstünə qızılı incə kəmərlər taxmağı sevdiyini deyir. Keyt Uinslet ingilis qadınlarının geyim tərzini yaxından təqib etdiyini bildirir.

Qırmızı xalıda zərif görüntüsü ilə göz oxşayan aktrisanın gündəlik həyatda şıqlığı deyil, rahatlığı seçməsi təəccüblü deyil. Axı o, 3 uşaq anasıdır. Cinslər, nazik koftalar və ən əsası iri həcmli çantalar Keytin küçə stilinin əsasını təşkil edir.

Siz ən yaxşısı aktrisanın ancaq "Qırmızı xalı" üçün etdiyi seçimlərdən nümunə götürün.

"Cristian Loubutin" pərəstişkarı

Keyt Uinslet geyimlərdə olduğu kimi ayaqqabı seçimində də təvazökar, dəbdəbədən uzaq, ancaq olduqca şıq modellərə meyil edir. Aktrisa "Cristian Loubutin" pərəstişkarıdır. Onun qarderobundakı ayaqqabıların çoxu bu markaya aiddir.

Brilyant və incilərə olan hərislik

Xüsusi dəvətlərdə Keyt Uinslet zərif aksessuar seçimi ilə rəgbət toplayır. Brilyant və inci sırğaları çox bəyənir. Sinəsini açıqda qoysa da nadir hallarda boyunbağı taxır.

Romantik saç düzümləri

Geyimləri və aksessuarları kimi aktrisanın saç düzümləri də retro stilə yaxındır. Romantik saç modellərinə üstünlük verir. Dalğalı saçlarını ya açıq saxlayır, ya da toppuz yığır. Maraqlıdır ki, toppuz yığanda da saçlarını düzləşdirmir və bu ona qeyri-adi füsunkarlıq bəxş edir.

"Dolğun dodaqların mənfi cəhətləri var"

Klassik üslubdan vaz keçə bilməyən Keyt Uinsletin makiyajında da bu ab-hava hiss edilir. Adətən qırmızı və gavalı çalarlarında olan dodaq boyaları çəkir. Gözlərinin içinə ağ rəngli qələm çəkərək onları olduğundan daha böyük göstərir. Tuş çəkmədən evdən çıxmır. Göz kölgələrində isə açıq rənglərə üstünlük verir.

Aktrisa Kembric hersoginyası Keyt Middleton kimi makiyajını özününü etdiyini deyir. O, makiyaj məsələsində heç kimə etibar edə bilmədiyini söyləyir.

Qalın və dolğun dodaqların mənfi cəhətləri olduğunu bildirən Keyt Uinslet belə xanımların makiyajı balanslaşdırarkən daha çox çətinlik çəkdiklərini düşünür.

Hazırda 40 yaşında olan və olduqca gənc görünən Keyt Uinsletin gözəlliyi məşhur brendlərin nəzərindən yayınmayıb. Aktrisa düz bir il "Lancome" brendinin siması olub.

Ən gözəl balıq ətli xanımlardan biri olaraq göstərilən Keyt Uinslet dəfələrlə "Glamour", "Marie Claire", "Vogue", "Bazaar" kimi dünyaca məşhur jurnalların üz qabığına çıxıb.

Gözəl ulduzun fotolarına baxın gözləriniz dincəlsin.

Hamınıza yaxşı həftə sonu və bol hədiyyəli 8 mart arzulayıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm