Tabloid.az
Mətanət Əliverdiyeva ad gününü qeyd edir
Bu gün teleməkanın ən reytinqli şousunun aparıcısı Mətanət Əliverdiyevanın doğum günüdür. Komplekssiz aparıcı Publika.az-a öz yaşını gizlətmədən 42 yaşının tamam olduğunu bildirdi. Buna baxmayaraq, Mətanət xanım özünü 25 yaşında hiss edir.
“Özümü 25 yaşımda hiss edirəm. Nə 24, nə də 26. Heç 25 yaşımda belə enerjili deyildim. Yığ 25 yaşlı qızları, bir də məni. Kross qaçış təşkil et. Gör kim yaxşı qaçır?" (gülür)
Teleaparıcı xanımı ilk təbrik edən isə 6 yaşlı oğlu olub.
“İlk təbrik edən kiçik oğlum oldu. Düzü, heç bilmir ad günümdür. Bağça müəlliməsi deyib ki, mamanı təbrik edərsən. O da dedi ki, mama, bayramın mübarək”.
Bu təbrikin ardınca “Gündəlik” verilişinin prodüseri Nərgiz ilk mesajla təbrik etdi”.
Daha sonra isə saysız təbriklər alan Mətanət xanımı təəccübləndirən də tapılıb.
“Hər gün səhər 06:30-da ATV-də işdə oluram. “Həmkarım Lalə Azərtaş məndən əvvəl şirkətə gələrək, ürək formasında hazırlanmış gül dəstəsini mənə təqdim edərək təbrik etdi. Öpürəm onu. Öz ürəyi boyda bir gül dəstəsi idi. Axşam verilişimdə həmin gül dəstəsini göstərəcəyəm”.
Biz də kollektivimiz adından sevilən aparıcıya can sağlığı və işində uğurlar arzu edirik.
İsa Şükürov
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO