Tabloid.az
Azərbaycan - Rusiya teatr əməkdaşlığı davam edir
Aprelin əvvəllərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının kollektivi Rusiya Federasiyasının Həştərxan vilayətinə və
Kalmıkiya Respublikasına qastrol səfəri edəcəkdir.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, üç teatr
arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən, qastrol zamanı
kollektiv M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”,
Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı”
tamaşaları ilə çıxış edəcəkdir.
Aprelin 8–9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrından
başlanacaq qastrol ayın 11-dən 13-dək Kalmıkiya Respublikasının
Elista şəhərindəki Baatr Basanqov adına Milli Dram Teatrda davam
edəcəkdir.
Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm və
Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət Nazirliyi
arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, ötən ilin
sentyabr-oktyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista
şəhərində, noyabrda isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivi Bakıda həmkarlarının səhnəsində uğurla çıxış
etmişdir.
Sözügedən müqaviləyə əsasən, 2012-ci ilin martında isə Kalmıkiya
Respublikasının Baatr Basanqov adına Milli Dram Teatrı ölkəmizin
qonağı olmuş və 2 müxtəlif tamaşa ilə Gənc Tamaşaçılar Teatrının
səhnəsində çıxış etmişdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinin
Kalmıkiya Respublikasına növbəti səfəri bu dəfə Kalmıkiya
Respublikası rəhbərliyi tərəfindən təklif olunmuşdur.
Bu ilin mayında Kalmıkiya Milli Dram Teatrı Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və 2 tamaşa ilə
çıxış edəcəkdir.
Azərbaycan – Rusiya teatrlarının yaradıcılıq əlaqələrinin davamı
olaraq sentyabr-oktyabr aylarında Kalmıkiya Milli Dram Teatrının
bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi
Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun
“Qadın dərzisi” komediyasına quruluş verəcəkdir.
Sözügedən qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaqdır.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...