Tabloid.az
Üz quruluşuna uyğun eynək modelləri - FOTOLAR
Yay fəslinin ayrılmaz aksesuarlarından biri günəş eynəkləridir. Havalar istilənən kimi xanımların çoxunu eyni sual düşündürür: “Necə, hansı formalı eynək seçməli? Üz quruluşuna uyğun eynəyi necə tapmalı?” Bu və digər suallara cavab tapmaq istəyən xanımlar üçün bir neçə məsləhətimiz var.
Günəş eynəkləri gözləri günəşin zərərli təsirlərindən qoruduğu kimi, eyni zamanda, aksesuardır, gözlərə bəzək verir. Təbii ki, hər kəsin üz quruluşu bir-birindən fərqlənir. Ancaq ümumi olaraq üz quruluşu yumru, oval, dördbucaq, üçbucaq və uzun olmaq üzrə beş tipə ayrılır. Günəş eynəyi seçməkdə çətinlik çəkirsinizsə, aşağıdakı məlumatlar köməyinizə gələ bilər.
Yumru üz - Yumru üz quruluşuna malik insanlar geniş yanaqlara sahib olur, üzün uzunluğu ilə eni az qala bir-birinə bərabərdir. Yumru üz quruluşu olan insanlar yumru çərçivəli eynəklərdən uzaq durmalıdırlar. Üzə bir az uzunluq qatmaq və daha zərif görünməsini təmin etmək üçün küncləri çox kəskin olmayan dörd bucaq şəklindəki eynəklər daha uyğundur.
Dördbucaq üz - Dördbucaq üzlü insanlarda çənə sümükləri nəzərə çarpır və üzü əhatə edən saç xətti ilə sanki dördbucaq bir görkəm yaradır. Bu tip üzə daha yumşaq ifadə vermək üçün yumru çərçivəli eynəklər seçmək lazmdır. Bundan başqa, daha kiçik çərçivələr üzü daha uzun göstərir.
Uzun üz - Uzun üzlü insanlarda almacıq sümükləri uzun və düz olur. Buna görə də üzü həcmli və dolğun göstərən eynəklər seçmək lazımdır. Yumru və böyük çərçivələr ola bilər.
Üçbucaq üz - Üçbucaq formasında üzü olan insanlar dar çənə və yüksək almacıq sümüklərinə malikdirlər. Bu tipdə ən səhv seçim qalın və sərt xətli çərçivələrdir. Pişik formalı eynəklər, oval və ya çərçivəsiz eynəklər uyğun ola bilər. Üst hissəsi daha geniş, alt hissəsi isə daha dar olan eynəklər bu tipə çox yaraşır.
Oval üz - Oval üzlü insanlar daha geniş eynək seçmək şansına malikdirlər. Bu insanlara böyük şüşəli modellər çox yaraşır. Eyni şəkildə dördbucaq şəklindəki çərçivələr, incə və ya çərçivəsiz eynəklər də yaraşır.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ