Tabloid.az
Sənətçilərimiz Azərbaycan qızlarına irad tutdular
Xanımlarımız toya gedərkən xarici görünüşlərinə xüsusi diqqət yetirirlər. Kimisi açıq-saçıq geyimi ilə diqqət mərkəzində olmağa çalışır, kimisi də həddindən ziyadə sadə geyiməklə məclisə uyğun geyinmir.
Maraqlıdır, bəzənib-düzənib toylara gedən sənət adamları xanımların geyimini bəyənirlərmi?
Tabloid.az bu mövzu ilə bağlı müğənnilər arasında sorğu keçirib.
Müğənni Gülay sadəliyin tərəfdarı oldu. Onun fikrincə, xanımlarımız xüsusilə gənc xanımlar makiyajdan çox istifadə edirlər. Gülay hesab edir ki, qadınlar sadəliyə üstünlük versəydilər, daha gözəl görünərdilər. Müğənni açıq-saçıqlığın əleyhinə olsa da, hərənin özünə uyğun geyim tərzinin olduğunu vurğulayıb. Öz geyimində də bu cür tərzdən uzaq olan Gülay açıq-saçıq geyinmədiyinə görə həyat yoldaşı Kamillə bu məsələdə problem yaşamadığını söyləyib.
Rəqqasə Oksana isə Gülaydan fərqli olaraq toyda daha çox makiyaj edilməsinin tərəfdarıdır. Kokteyl, ziyafət geyimi ilə toy məclisində iştirak etməyə üstünlük verən rəqqasə, xanımların hərdən qüsurlarını üzə çıxardan geyimlər geyindiyini dilə gətirib. Onun fikrincə, qadınlarımız əksinə əksikliklərini örtməyə çalışsalar daha yaxşı görünə bilərlər.
Müğənni Roza Zərgərlinin fikrincə, toyda xanımlar özlərinə yaraşanı geyinməlidirlər. Bunlar açıq-saçıq da ola bilər, ancaq həddini aşmamaq şərtilə. “Bir də görürsən bir xanım toya gəlib, gözlər qapqara, dodaqlar qıpqırmızı. Makiyajdan bu qədər ifrat dərəcədə istifdə etmək də düzgün deyil”.
Toylarda əhval-ruhiyyəsinə uyğun olaraq geyinən sənətçi yaxın insanların toyuna rahat geyimdə getməyi üstün tutur. Söhbət əsnasında öyrəndik ki, demə əslində müğənni toya gələn sadə qadınların deyil, bəzi həmkarlarının geyimlərini bəyənmir:”Hətta idman ayaqqabısında toya gələn müğənnilər var”, - deyən Roza konkret ad çəkməkdən qorxdu.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI