Tabloid.az
Yay aylarında saçları qoruyan vacib məsləhətlər
Bir çox yay həzzi saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz - əladır, amma saçları qorumasaq, saçlar öz gözəlliyini itirə bilər. bəs yay aylarında saçları sağlam olması nə etməliyik?
Yayda dəri qurulaşır, qoruyucu qatının təsiri aşağı düşdüyündən
qaşıntı və həssaslıq əmələ gəlir. Bu zaman xüsusi qidalandırıcı və
nəmləndirici maskalardan istifadə edin. Nəmləndiricidən hər gün
yararlanmaq olar. O, saçı ultrabənövşəyi şüaların təsirindən
qoruyur. Qidalandırıcı isə daha dərindən təsir göstərir: maddələr
saçın kökünə daxil olaraq daxildən hidrobalansı bərabərləşdirir.
Ondan həftədə 2-3 dəfə istifadə edin.
Yay aylarında saçlar daha çox elektrikləşməyə başlayır. Buna səbəb
rütubətdir. Mütləq saç üçün kondisionerdən istifadə edin. Çalışın
saçınızı bulaq suyu ilə yuyasınız. Bir sıra kosmetik brendlər
xüsusi nəmləndirici spreylər istehsal edirlər ki, onların
istifadəsi yalnız xeyrinizədir.
Yayda biz daha çox tərləyirik, baş dərisi də istisna deyil. Toz və
külək bu situasiyanı daha da korlayır. Yağlı dəri üçün arı
yapışqanından hazırlanan vasitə xeyirlidir. O, dəri piyi ilə
qarışaraq dezinyeksiya yaradır. Yağlı saç kökləri disbalansdan
xəbər verir ki, bu da saç tökülməsi ilə nəticələnir. Tərləmənin
qarşısını alan inqrediyentlərdən (pıtraq, palıd, tozağacı,
ayıpəncəsi) istifadəni unutmayın.
Yayda 2-si 1-də şampunlarından istifadə etməyin. Yay üçün nəzərdə
tutulan xüsusi şampun və balzamlar alın. Saçların nazikləşməsinin
qarşısını almaq üçün balzamı əvvəl yaş saça vurun, 10 dəqiqə
saxladıqdan sonra şampunla yuyun. Əgər saçınız nazikdirsə, saç
lakından ümumiyyətlə imtina edin. Zəif teksturalı sprey, krem və ya
muslardan istifadə edin. Ən əsası saçınızı elə yığın ki, ucları
günəşdən qorunsun, baş örtüyü barədə də unutmayın.
Seyrək dişli daraqlardan istifadə edin. Belə ki, daraqlar quru və
haçalanmış saçları tez zədələyir.
Saçların yumşalması üçün həftədə 2-3 dəfə istənilən bitki yağından
istifadə edin: bir neçə damcı yağı ovcunuza yayın və saçınıza
sürtün.
Saçlarınızı təkcə üzdən yox, daxildən də qidalandırın. A vitamini
ilə zəngin olan ərzaqlar - kök, yumurtanın sarısı, kərə yağı,
çaytikanı saçlara çox xeyirlidir.
Dəniz suyu proteini yuyaraq saç kökünü zədələyir. Dənizdə çimdikdən
sonra saçınızı bərpa edən şampunla yuyun. Tərkibində B5 vitamini
olan şampun alın. Dəniz və hovuzda çimdikdən sonra saçınızı adi su
ilə yaxalayın. Çünki duz və xlorun dağıdıcı təsiri günəş şüaları
altında daha da artır.
Yayda saçlar parlaqlığını və elastikliyini itirir. Fendən imtina
edin və ya soyuq qurutma rejimilə qurudun. Feni saçınızdan 25 sm
aralı tutun. Prosedurdan əvvəl saçınıza xüsusi vasitə vurun.
Ultrabənövşəyi şüalar nəticəsində saçın strukturu pozulur,
haçalanma ən həssas yerdə - uclarda əmələ gəlir. Haçalanmış ucları
geri qaytarmaq mümkünsüzdür. Ona görə də problemi qabaqlamaq
lazımdır: ucları məzuniyyətdən sonra deyil, qabaqcadan kəsdirmək
lazımdır.
Yayda ən yaxşısı saçı qısa kəsdirməkdir. Əgər buna risk edə
bilmirsinizsə, afrikan hörüyü hördürə bilərsiniz. Bununla həm
orijinal görünüş alacaq, həm də bir sıra süni tellər saçınızı
günəşdən qoruyacaq. Həmçinin belə hörüklərlə saç düzləşdirməsi
barədə unutmaq olar. Amma başınızda anadangəlmə ləkə, kəpək varsa,
hörüklər məsləhət deyil. Qüsurlar gözə daha tez çarpacaq.
Rəngləmə və kimyəvi burma qurumuş saçları daha da zədələyir.
Əgər rəngləmə və kimyəvi burma sizin stilinizdirsə, onda bunları
istirahətə getməmişdən iki həftə əvvəl etdirin. Bu zaman ərzində
saçın strukturu bərpa olunacaq, rəng piqmenti stabilləşəcək və
hovuzun xlorundan rəngini az dəyişəcək.
Günəşdən ən yaxşı müdafiə baş örtüyüdür. İdeal variant isə havanı
buraxan və şüaların qarşısını alan həsir şlyapadır. Alternativ
variant olaraq panama və ya təbii materialdan (dərinin nəfəs alması
üçün pambıq və ya ipək yaylıq) əlvan yaylıq da seçə bilərsiniz.
Tünd rənglərdən uzaq durun - onlar günəş şüalarını cəlb edirlər ki,
bu da günvurmaya gətirib çıxara bilər.
Yayda saçlara qulluq üçün lazım olan professional vasitələr xüsusi
mağazalarda və gözəllik salonlarında satılır. Onları adi
vasitələrlə əvəz etmək də olar. Saça qulluq vasitələri istehsal
edən şirkətlər malın adından sonra qablaşdırmada «SUN» (günəş)
sözünü yazırlar.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO