Tabloid.az
Çimərlikdə cazibədar görünməyin yolları – FOTOLAR
Qadınlar çimərlikdə cazibədar görünmək istəyərkən bəzən səhv seçimlər edirlər.
Tabloid.az düzgün bikini seçməyin və çimərlikdə çəkici görünməyin yollarını təqdim edir:
Bədəyə uyğun bikini necə seçilir?
Bikininin üstü adətən gündəlik istifadə edilən büstqalterdən 1
bədən kiçik olmalıdır. Suya girəndə bikini islanır və bu zaman
sallanır. Buna görə, diqqətli olun. Alt hissə isə tam oturmalıdır.
Boş olduğu zaman yenə suya girəndə pis görüntü yaranacaq. Tam
oturda isə çəkici görünəcəksiniz.
Gözəl yerləri önə çıxarın
Çimərlikdə bədənin qüsurlu yerlərini gizlətmək mümkün deyil. Ancaq
bədən tipinə uyğun bikini seçərsəniz, cazibəli yerləri layiqli
şəkildə vurğulaya bilərsiniz. Məsələn, qarnınız varsa, retro
tərzində bikini modellərinə müraciət etməklə, onu gizləyə
bilərsiniz.
Dəblə ayaqlaşmaq məcburiyyətində deyilsiniz. Hər ilin dəbinə ayaqlaşmaq məqsədi ilə bədən ölçülərinizə uyğun olmayan bikinilər almayın. Siz başqalarını deyil, öz bədən ölçülərinizi nəzərə alın.
Düzgün vaxtda alış-verişə gedin. Bikini alış-verişinə səhərlər getmək lazımdır. Yemək yedikdən sonra bədən şişir.
İnternetin faydalarından yararlanın. Mağazalara getməzdən əvvəl yeni kolleksiyaların şəkillərini nəzərdən keçirin.
Parıltılı rənglərə qaçmayın. 1 həftəlik tətil ərzində 3-4 fərqli bikini geyinmək istəyirsinizsə, dəri tonuna yaraşan bikinilərdən başlayın. Solğun və qaralmamış dəridə parlaq rənglər çəkici görünmür. Qaraldıqca istədiyiniz rənglərə müraciət edə bilərsiniz.
Tələsmək lazım deyil. Çimərlik geyimini bədəninizdə yoxlamadan əsla almayın.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu