Tabloid.az
İnteryerdə rənglərin psixoloji mənaları - Fotolar
Açıq bənövşəyi – dünyanın ən tanınmış rəng mütəxəssisi Pantone tərəfindən 2014-ün rəngi seçilib. Bu rəngin dəbdə olduğu mebellərdə də hiss olunur. Çəhrayı və bənövşəyinin qarışığı olan bu rəng xəyal gücünü və yaradıcılıq qabiliyyətini artırır.
Mavi – rahatladır, sakitləşdirir. Ofis otaqları üçün olduqca uyğundur. Həmçinin iştahanı kəsməkdə olduqca effektlidir. Əgər işləyəndə dəhşətli dərəcədə acırsınızsa, mavi rəngin köməyindən istifadə edin.
Yaşıl – yeniliyi, təravəti, uğuru, bolluq və bərəkəti təmsil edir. Bu pozitiv rəngi iş yerində istifadə edə bilərsiniz. Divardan yaşıl rəngli aksessuar da asa bilərsiniz. Evinizin divarlarını yaşıla boyamaq fikri cazibədar gəlmirsə, otaqları dibçək gülləri ilə bəzəyin.
Qara – sirli rəng olduğu üçün gücün qüdrətin simvollarından biridir. Qara rəngdən adətən ev dekorasiyasında istifadə edilmir. Çünki qara depressiyaya səbəb olur. Kiçik qara aksessuarlar otağa sofistik atmosfer bəxş edə bilər.
Qırmızı – bu rəng olduğu hər yerə enerji yayır və insanın özünə olan inamını artırır. Bu rəng yataq otağında istifadə edilərsə, ehtirası gücləndirər.
Çəhrayı – məsum və romantik rəng olduğu üçün pozitiv enerji verir. Çəhrayını ev dekorasiyasında açıq qəhvəyi tonlarla birləşdirə bilərsiniz.
Sarı – günəş işığını xatırladır, həm də əhvalı qaldırır. Əsəbi və gərgin olduğunuz zaman sarı rəngin çalarlarına müraciət edin.
Narıncı – qırmızı və sarı kimi enerjili rəngdir. Bu isti rəng əhvalı qaldırır və sosiallığı artırır. Əsasən uşaq və oyun otaqları üçün olduqca uyğun rəngdir.
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO