Tabloid.az
Ramiz Əzizbəylinin səhhəti ağırlaşdı - Aktyorun yanına heç kim buraxılmır
Xalq artisti Ramiz Əzizbəylinin səhhəti ağırlaşıb.
Bu barədə Publika.az-a hazırda Tibb Universitetinin Tədris terapevtik Klinikasını reanimasiya şöbəsinə yerləşdirilən aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib.
Onun sözlərinə görə, ev şəraitində müalicə olunan xalq artistinin vəziyyəti ağırlaşdığı üçün o, bu gün səhər xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib: “Çoxdan idi ki, Ramizin səhhətində problemlər var idi. İnsult keçirən adam necə olmalıydı ki? Əli-ayağı tutulmuşdu, nitqində problemlər var idi, yeriyə bilmirdi. Getdikcə pisləşən səhhəti onu lap əldən saldı. Hələ ki, həkimlər müayinələr aparır, bizə bir söz demirlər”.
Onu da öyrəndik ki, aktyorun yanına heç kim buraxılmır, hətta ailə üzvləri də. Bu arada Mədəniyyət və Turizm Nazirliyinin ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdiyini də eşitdik. Belə ki, nazirliyin mətbuat katibi İntiqam Hümbətov mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verildiyini bildirib:
“Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar” .
Lakin aktyorun həyat yoldaşı hələ ki, onlara heç kəs tərəfindən yardım olunmadığın bildirdi: Bu barədə məlumatsızıq, nazirlikdən bizə heç nə deyilməyib.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf