Arıqlamağa mane olan səbəbləri yox edin!
Bizi izləyin

Tabloid.az

Arıqlamağa mane olan səbəbləri yox edin!

Yedikdən sonra hər şey alt- üst olur, “cinayət” işlənir, artıq gecdir, yedikləriniz bədənin yağlanması üçün fəaliyyətə başlayır. Bütün bunları aradan qaldırmaq üçün axşam yeməyindən sonra gecə yeməmək üçün Tabloid.az aşağıdakı 12 üsulu oxumağı və tətbiq e

Yedikdən sonra hər şey alt- üst olur, “cinayət” işlənir, artıq gecdir, yedikləriniz bədənin yağlanması üçün fəaliyyətə başlayır. Bütün bunları aradan qaldırmaq üçün axşam yeməyindən sonra gecə yeməmək üçün Tabloid.az aşağıdakı 12 üsulu oxumağı və tətbiq etməyi məsləhət görür.

1. Mədənizi maye ilə aldadın. 1 stəkan mineral su, ya da 1 fincan yaşıl çay için.

2. İsti vanna qəbul edin. Bu iştahanın azalmasına və yumşalmaya kömək edir.

3. Aclıq hiss etdiyiniz zaman, tələsib mətbəxə qaçmayın, bir az idman hərəkətləri edin. Çünki idmandan sonra iştaha azalır.

4. Aromaterapiyadan istifadə edin, bu da iştahanı azaldır. Bunun üçün portağal və ya qreypfrut qabığı qoxulayın, qoxulu şamlar yandırın və ya gözəl bir ətir qoxulayın.

5. Axşam yeməyindən dərhal sonra meyvə və qatıqdan hazırlanmış yoqurt, yüngül desert yeyin. Bu Sizin əhvalınızı yüksəldəcək, həm də doymuş olacaqsınız.

6. Axşam yeməyi zamanı heç vaxt yediyiniz yeməyə ədviyyatlar (istiot, bibər) əlavə etməyin. Bunlar iştahanı daha da artırır.

7. Soyuducuda görünən yerlərdə yüksək kalorili yeməkləri tutmayın. Onların yerinə yüngül meyvə-tərəvəzləri yerləşdirin.

8. Yuxudan qabaq təmiz havada gəzin. Bu sizi yemək barədə düşünməkdən qurtarar.

9. Saqqız çeynəyin. Yaxşı olar ki, çeynədiyiniz saqqız şəkərsiz və sadə olsun.

10. Dişləri fırçalayın.

11. Güzgüdə özünüzə heyranlıqla baxın və deyin: “Heç belə gözəl qadın da gecələr yemək yeyib öz gözəlliyini məhv edə bilər?”

12. Yeməkdən özünüzü saxlamaq üçün musiqi dinləyib, moda dərgilərindəki incə belli qızlara baxın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm