Tabloid.az
Kişiləri tanımağın ən mükəmməl 10 üsulu
Həyat yoldaşınızın sizdən nəsə gizlətdiyindən şübhələnirsiniz?
Kişilərin duyğularını qadınlar kimi rahat ifadə edə bilmədiyini
bilirik. Onlar duyğularını ifadə etmək yerinə səssiz qalmağa
üstünlük verirlər. Psixoloq Andra Broş isə kişilərin duyğularından
xəbərdar olmaq və onları yaxından tanımaq üçün onların
hərəkətlərini izləməyin kifayət etdiyini deyir.
Tabloid.az xarici mətbuata istinadən kişilərin
dilinə gətirə biımədiyi cümlələri təqdim edir:
1. Güclü və qəhrəmanın olduğunu hiss etdirməyə ehtiyacım
var. Həyat yoldaşınız sizin onu gücsüz və bacarıqsız hesab
etdiyini düşənə bilər. Məsuliyyətinin çoxunu öz üzərinizə götürmüş
və ona söz deməyə imkan vermirsinizsə, bunun baş verməsi təəccüblü
deyil. Ona öz məsuliyyətini dərk etməyə və öhdəsindən gəlməyə kömək
etməlisiniz.
2. Bəli, o qadına baxırdım. Kişilərin beyni yeni
şeyləri qadınlardan daha tez dərk edir. Getdiyiniz məkanda sizdən
daha gənc bir qadına baxması, onu sizdən üstün tutduğunu göstərmir.
Sizinlə evlənib, sizinlə yatır, sizinlə əl-ələ tutur və sizi
sevdiyini deyirsə, narahat olmağa heç bir əsas yoxdur.
3. Hamısı mənə eyni cür görünür. Kişilərdən
soruşduğunuz “Həyatım səncə, bu geyim mənə yaraşır?” sualının
cavabı düşündüyün kimi obyektiv deyil. Kişilər üçün geyimdən çox
onu hansı qadının geyindiyi daha əhəmiyyətlidir. Sizi sevir və
heyranlıqla baxırsa, üzərindəki geyim onlar üçün o qədər də maraqlı
deyil. Üstəlik, zövqünə güvəndiyi qadının nə geyindiyinin heç bir
fərqi yoxdur.
4. Sevişmək gözəldir, amma sekslə məşğul olaq...
Kişilər sevdiyi qadına baxmaqdan, toxunmaqdan və onun birlikdə
olmaqdan hədsiz zövq alırlar. Ancaq onların orqazm istəyini və
bundan həyacan keçirdiklərini də unutmayın.
5. Bəzi cinsəl fantaziyalarım var... Hər bir
kişinin bəzi fantaziyaları var. Bəzi kişilər onları həyat
yoldaşları ilə bölüşürlər, bəziləri isə qətiyyən bu barədə
danışmırlar. Bunun ən böyük səbəblərindən biri utanmalarıdır. Həyat
yoldaşınızın sizinlə rahat olması üçün şərait yaratsanız və bu
hissi ona aşılasanız, istəklərini dilə gətirməsi asan olacaq.
6. Bəzən həqiqətən də səsini eşitmək istəmirəm!
Bu, sizi sevmədiyi və sizə dözə bilmədiyi demək deyil. Kişilərin
çox danışan qadını xoşlamadığı və hərdən tək qalmaq arzusunu
anlayışla qarşılanmalıdır. Belə anlarda küsmək yersizdir. Onu öz
düşüncələri ilə baş-başa buraxın...
7. Sakitlik üçün yalan dedim. Kişilər həyat
yoldaşlarının reaksiyasından qorxduğu üçün kiçik yalanlara əl
atırlar. Yalanı pis niyyətlə deyil, qanqaraçılıq olmaması üçün
söyləyirlər. Hər şeyi tənqid edən və qışqırıb-bağıran qadın
olsanız, bu yalanların artacağından əmin olun.
8. Özünə daha çox baxmalısan... Baxımlı qadınla
görüşmək hər kişinin xoşuna gəlir, həm də qürur duyur. Hər nə qədər
qısqanc olsa da, ətrafdakıların onun qadınına heyranlıqla
baxmasından qürur duyacaq. Sizə açıq şəkildə deməsə də, hər zaman
baxımlı olun.
9. Bütün çirkli işləri mən görmək istəmirəm!
Evlilikdə qadınların və kişilərin üzərinə düşən vəzifələri olur.
Ancaq o, sırf kişidir deyə, bütün işləri ona gördürmək düzgün
deyil. O sizə süfrəni təmizləməyə kömək etdiyi kimi, siz də ağır
işlərdə bacardığınız köməyi əsirgəməyin.
10. Maddi yükü çəkə bilmirəm... Kişi olduğu üçün
evi saxlamaq məcburiyyətində olduğunu hiss etdirməyin. Artıq
qadınlar da həyat yoldaşına maddi yardım edir və karyera sahibi
olur. Bir-birinə dəstək olub işləyirlər. Nə qədər qazandığının heç
bir əhəmiyyəti yoxdur. Dəstək vermək üçün həvəs göstərmək kifayət
edir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO