Tabloid.az
Cinsi aktivliyi artıran dərmanlar saç tökür
Mütəxəssislərin sözlərinə görə, kişilərdə saç tökülməsinin əsas səbəbi orqanizmdəki maddələr mübadiləsindən asılı olaraq testosteron hormonunun dihidrotestorona çevrilməsidir. Bu zaman tük köklərinin qidalanması zəifləyir. Bu isə öz növbəsində saçların seyrəkləşməsinə və əvvəlki parlaqlığını itirməsinə səbəb olur. Bu proses isə kişilərdə saçların tökülməsi, qadınlarda isə seyrəkləşməsi ilə nəticələnir.
Saç tökülməsinin səbəbləri isə müxtəlif ola bilər. Bu məsələnin kökündə irsilik, hormonal, texnogen faktorlar, keyfiyyətsiz qidalanma və stress kimi ən müxtəlif səbəblər dayana bilər. Bu gün əksər kişilərdə saç tökülməsinin iki əsas səbəbi var: irisi faktor və stress.
Həkimlərin sözlərinə görə, əgər bir kişinin ailəsində bu problemdən əziyyət çəkən varsa, onda saç tökülmə ehtimalı digər kişilərə nisbətən daha çoxdur. Lakin bu heç də müalicəsi olmayan xəstəlik deyil. Təbii tərkibli müxtəlif kosmetik vasitələr bu zaman köməyimizə çata bilər. Amma bu heç də o demək deyil ki, ailədə və ya nəsildə kimsə saç tökülməsindən əziyyət çəkirsə, bu mütləq şəkildə onların övladlarında da özün biruzə verəcək.
Bundan başqa aşağıda göstərilənlər də saç tökülməsinə səbəb ola bilər:
1. Saçlarla oynamaq, onları qırmaq bir müddətdən sonra saçların sürətli formada tökülməsinə səbəb olur.
2. Saçları tez-tez fenləmək. Çox vaxt saçımızı qurudarkən fenin istiliyini 200 dərəcəyədək qaldırırıq. Hətta ən sağlam saç belə bu “işgəncədən” sağ qurtula bilməz.
3.Rəng açıcıdan istifadə etmədən saçı fərqli rəngə boyamaq. Bu qəfil müdaxilə saçınızı yandırır və onun tökülməsinə səbəb olur.
4.Dəmir və zülal saçların qidalanmasını təmin edən əsas maddələrdəndir. Buna görə də bədəndə dəmir və zülal azalanda saç tökülməsi baş verir.
5. Qəfil arıqlamaq. Birdən-birə 7-8 kq çəki itirməyiniz bədəndəki bir çox maddələr mübadiləsinə təsir edir. Bu isə xarici görünüşümüzdə də özünü biruzə verir.
6. Əks təsirini, orqanizminizə uyğun olub-olmadığını bilmədiyimiz halda qəbul etdiyimiz dərmanlar saçlarımızın tökülməsinə səbəb olur. Kişilərin cinsi aktivliklərini artırmaq məqsədilə istifadə etdikləri müxtəlif dərmalar bu baxımdan xüsusilə təhlükəlidir.
Ümumilikdə mütəxəssislərin sözlərinə görə, əgər siz 30 yaşınıza çatdıqda saçlarınızın 50%- tökülməyibsə, tamamilə keçəl qalmağınız mümkün deyil.
kishi.az-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı