Tabloid.az
Oqtay Ustadan gicitkən otu şorbası - Resept
Türkiyənin mətbəx kültüründə gicitkən otunun özünəməxsus yeri var. Bu bitki daha çox şorbalarda istifadə edilir. Sizə Oqtay Ustanın dadlı reseptlərindən biri olan gicitkən otu şorbasını təqdim edirik:
Tərkibi:
- 500 qr gicitkən otu
- 1 baş soğan
- 2 xörək qaşığı qaynadılmış buğda ( vəya iri bulqur)
- 1 stəkan qatıq
- 2 diş sarımsaq
- 1 xörək qaşığı un
- 1 çay qaşığı duz
- 5 stəkan ət suyu və ya su
- 1 yumurta
- 3 xörək qaşığı kərə yağı
Hazırlanması:
Gicitkəni bol suyla yuyub, incə-incə doğrayın. Qazana 2 xörək
qaşığı kərə yağını, doğradığınız soğanı, sarımsaq və gicitkən otunu
əlavə edib qovurun.
Daha sonra qaynadılmış buğdanı əlavə edib qarışdırın. (Bulquru isə qaynatmağa gərək yoxdur. Birbaşa əlavə edə bilərsiniz).
5 stəkan ət suyunu əlavə edib, zəif ocaqda qaynadın. Bir qabda yumurtanı, unu və qatığı yaxşıca qarışdırın. 1 xörək qaşığı kərə yağını kiçik qazana qoyub, üzərinə qarışdırdığmız sousu əlavə edin və qarışdıraraq bişirin. Daha sonra qaynamaqda olan şorbaya yavaş-yavaş əlavə edin.
Zəif atəşdə 10 dəqiqə bişirib ocaqdan alın. İsti-isti servis edin.
Şorbanın üzərinə quru nanə və qırmızı pul bibər də aləvə etmək olar.
Tabloid.az
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər