Tabloid.az
Kişilərin qadınlardan gizlətdiyi sirlər
Kişilərin yüngül münasibət, xəyanət və əvvəlki sevgili mövzusunda nə düşündüyünü bilirsinizmi? İngiltərədə araşdırma şirkətlərinin biri kişilərin bilinməyən tərəfləri barədə maraqlı sorğu aparıb. Sorğu nəticəsində kişilərin 5 sirri olduğu məlum olub. Tabloid.az Rusiya mətbuatına istinadən kişilərin qadınlardan gizli saxladığı sirli məqamları təqdim edir:
1. İdeal qadın
Kişilərin 84 faizi özlərinə potensial həyat yoldaşı ola biləcək qız axtarır. Bir çox kişi isə özünə sevgili axtararkən belə həmin qızın arzuladığı ideal qadın xüsusiyyətlərinə sahib olmasını istəyir. Kişilər tanış olduqları qadının istədiyi xüsusiyyətlərə sahib olmadığını gördükdə ondan uzaqlaşmağa çalışırlar. Çünki bu zaman kişi vaxtını boş bir insana xərclədiyini düşünür. Təəccüblüdür, elə deyilmi? Biz isə elə bilirdik ki, təkcə qadınlar, görüşdükləri kişinin onlara layiqli ər olub-ola bilməyəcəyi haqqında düşünür.
2. Xəyanət
Kişilərin 50 faizi həyat yoldaşını aldatmır,
sadəcə 23 faizi intim həyatına başqa bir qadını daxil edir. Qalanı
isə bu barədə fikir bildirməyib. 50 faiz əslində düşündüyümüzdən də
çox böyük rəqəmdir. Kişilərin 23 faizinin xəyanətə meyilli olduğunu
nəzərə alıb ingiltərəli evli kişilərin daha diqqətli olduğu
nəticəsinə gəlmək olar.
3. Eks
Sevgili
Araşdırmada o da məlum olub ki, kişilərin 50 faizi
partnyorlarının əvvəlki sevgilisi ilə görüşməyindən narahat deyil.
Bu isə o deməkdir ki, hər iki kişidən biri qızlarla oğlanların
yalnız dost ola biləcəyi ehtimalına inanır. Araşdırmada iştirak
edən kişilərin çoxu qeyd edib ki, “Aramızda heç bir sirr yoxdursa
və səmimi, dürüst münasibətdəyiksə, bundan niyə də narahat
olmalıyam?”
4. Hamiləliyə qarşı dərman
Kişilərin 50 faizi əczaxanadan hamiləliyə qarşı dərman alır. Kişilərin prezervativ aldığını bilirdik. Lakin hamiləlik testi alan kişilər, deyəsən, təzə xəbərdir... Araşdırmada iştirak edən kişilərin çoxu bu dərmanı daha yaxşı vasitə və güvənli hesab etdiyi üçün aldığını deyib. Beləcə, sevdikləri qadınla istədikləri qədər cinsi əlaqədə ola bildiklərini də vurğulayıblar. Belə görünür ingilis kişiləri işi nə qadınların insafına buraxmaq istəmir, nə də ki, bəxtə etibar etmirlər.
5. Hesabı ödəmək
Kişilərin 85 faizi yüngül münasibətdə olduğu vaxtlarda, ən azından münasibətləri nizamlı olana qədər kafedə ya restoranda yemək yeyir. Buna görə də, hesabı həmişə özləri ödəməli olur. Kişilər bu mərhələdə hesabı ödəməkdən rahatsız olmurlar. Münasibətlər irəlilədikcə hesabı növbələşərək ödəmək təklifini edirlər.
Müasir dövrdə qadınların öz haqlarını müdafiə etməyi və gender bərabərliyi tələbini irəlini sürməsi, lakin söhbət pul mövzusuna gəldikdə isə susmağını mənfi hal kimi qiymətləndirirlər. Kişilərin fikrincə, bu, düzgün deyil və ədalətsiz fikirdir.
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir