Tabloid.az
Mövsümün ən dəbdəbəli ayaqqabıları – Fotolar
Metal rəngləri mövsümün trend rənglərindən biridir.
Modapərəst xanımlar bu mövsüm bilməlidirlər ki, parıltılı
ayaqqabılar çox dəbdədir. Baletkalar, hətta qızılı və bürünc rəngli
idman ayaqqabıları hər zaman cəsarətli və qəşəng görünürlər.
Onların fərqləndirici cəhətlərindən biri də – universallığıdır.
Məsələn, metal rəngli ayaqqabılar həm cins şalvarlar, həm də gecə
geyimləri ilə əla yaraşır. Nyu-York, London, Paris və Milan moda
həftələrində müxtəlif metal rəngli ayaqqabılar təqdim olunmuşdu ki,
bu parıltıdan gözləri qaçırmaq mümkün deyildi.
"Christian Louboutin", "Oscar de la Renta", "River Island", "Max
Mara", "Michael Kors", "Aquazzura", "Gucci" və başqa brendlər
klassik metal rəngli ayaqqabı nümunələri hazırlayıblar.
Qızılı və gümüşü ayaqqabılardan əlavə, bu rənglərdə kltaçlar da
dəbə daxil olacaq. Belə bir çanta obrazınızı darıxdırıcı olmaqdan
xilas edəcək, sizi daha zərif göstərəcək. Obrazınızı metal rəngli
bəzək əşyaları ilə tamamlamağa qorxmayın. Lakin geyim çox parlaq
olmamalıdır. Çünki çoxlu müxtəlif parlaq elementlər obraza ağırlıq
verir.
Metal rəngli ayaqqabıları təmtəraqlı paltar fasonları ilə
birləşdirmək olmaz. Paltarın biçimi sadə və qəşəng olmalıdır. Əgər
siz güllü və əlvan rəngli paltar seçmisinizsə, onun üstündə
ayaqqabı ilə yaxın tonlar olmalıdır. Tabloid.az tanınmış moda
evlərinin yay üçün hazırladığı ən aktual ayaqqabı modellərini
toplayıb.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı