Oksford universitetinin tələbələri Şakiranı yamsıladılar - Video
Bizi izləyin

Tabloid.az

Oksford universitetinin tələbələri Şakiranı yamsıladılar - Video

Oksford universitetinin tələbələri Şakiranı yamsıladılar

Oksford universitetinin xoru Şakiranın “Hips Don't Lie” mahnısının yeni versiyasını təqdim ediblər.

Tabloid.az xəbər verir ki, “Out of the Blue” adlı estrada xoru “Whenever, Wherever”, “Waka Waka” və “Hips Don't Lie” mahnılarından ibarət popurri oxuyublar.

Sinqldan əldə onunan gəlir isə ölüm ayağında olan uşaqların tibbi xərcləri üçün istifadə ediləcək.

Şakira özü isə “cover” versiyaya heyran qalıb. Hətta müğənni özünün “Facebook” profilində “Əla, popuriniz çox xoşuma gəldi! Oksfordun “Out of the Blue” xoru superdir! Onların gördükləri iş xeyriyyə məqsədi üçün olduğundan daha da özəldir! Afərin sizə uşaqlar!”

Qeyd edək ki, Oksfordun “Out of the Blue” adlı estrada xoru bir çox dünya ulduzlarının hitlərinin “cover” versiyasını təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm