Gecə yatarkən bunları etməyin!
Bizi izləyin

Tabloid.az

Gecə yatarkən bunları etməyin!

Bir çox qadının gecələr etdiyi səvhlər onların 30 yaşa çatmadan üzlərinin qırışmasına, saçlarının tökülməsinə və digər qocalıq əlamətləri ilə daha tez üzləşmələrinə səbəb olur

Aydındır ki, günün 7-8 saatını çalışan qadın axşam evə qayıdanda çox yorğun olur. Ancaq bunu bəhanə gətirərək makiyajı təmizləmədən yatmaq olmaz. Gecə dəriyə edilən baxım gün ərzində edilən baxımdan daha effektlidir.

Bir çox qadının gecələr etdiyi səvhlər onların 30 yaşa çatmadan üzlərinin qırışmasına, saçlarının tökülməsinə və digər qocalıq əlamətləri ilə daha tez üzləşmələrinə səbəb olur.

Bəs bu yanlışlar nələrdir?

Saçları möhkəm toplayıb yatmaq

Saçları möhkəm toplamaq saç diblərinə zərər verir və saçların tökülməsinə səbəb olur. Ən yaxşısı gecə saçınızı açıq qoyun. Bu saç diblərində qanın daha yaxşı dövr etməsinə kömək edəcək.

Üzü yumamaq

Makiyajı hansı vasitə ilə təmizləməyinizdən asılı olmayaraq, sonda mütləq üzünüzü yuyun. Bu üzünüzdə qalan kimyəvi maddələrin tamamilə təmizlənməsi üçün şərtdir.

Unutmayın ki, makiyaj etməsəniz belə axşam evə gələndə mütləq üzünüzü yuyun. Çünki gün ərzində dəriyə toz və çirk hopur. Dəri tipinizə uyğun gel ilə üzünüzü hər axşam yuyun.

Yanlış yuxu pozası

Əgər üzünüzün qırışmasını istəmirsinizsə, üzü üstə yatmayın. Bu yuxu pozası qırışların bir nömrəli səbəbidir.

Yastığın üzünü tez-tez dəyişməmək

Yastıq və yorğanın üzünü tez-tez dəyişin. Əks təqdirdə bu dəriyə zərər verə bilər. Çirkli yataqda çoxalan bakteriyalar dəridə qaşıntıya və qızartıya səbəb ola bilər.

Dişləri təmizləməmək

Bəzən qadınlar çox yorğun olanda dişləri fırçalamdan yatırlar. Ancaq baxımlı və gözəl olmaq istəyən qadın hər yeməkdən sonra mütləq dişlərini fırçalamalıdır. Gecə fırçalanmayan dişlər tezliklə çürüyə bilər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm