Tabloid.az
“Tanrıların qidası” ilə sağlamlığınızı qoruyun!
Şokolad sözü Meksika dilindəki “de theobromocacao” sözündən götürülüb, mənası isə “Tanrıların qidası” deməkdir.Şokoladın bir çox faydaları olduğu bilinir. Ancaq burada söhbət tünd qara şokoladdan gedir.
Ağ rəngli, fındıqlı və s. növləri isə kökəltdiyi və tərkibində kimyəvi maddələr çox olduğu üçün elə də faydalı hesab olunmur.
İndi isə keçək bu dadlı qidanın faydalarını sadalamağa…
Şokoladın tərkibində olan flavonol maddəsi qan təzyiqi və xolesterolu aşağı salır. Qan damarlarının açılmasına kömək edir ki, bu da öz növbəsində ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Yüksək təzyiq qaraciyər xəstəliklərinə səbəb olduğu üçün qara şokolad həm də bu problemi aradan qaldırır.
Şokolad xoşbəxtlik hormonu adlandırılan endorfinin ifrazını dəstəkləyir. Həmçinin insanın özünü yaxşı hiss etməsinə kömək edən seratonin hormonunun istehsalını artırır. Bədənə enerji verən şokolad gün ərzində yorğun hiss etməyin qarşısını alır.
Qara şokoladın tərkibində antioksidant var. Bir çox meyvələrdə və tərəvəzlərdə də mövcud olan bu maddə bir çox xəstəlikdən qoruyur.
Şokoladın tərkindəki kakao qan dövranını 70% yaxşılaşdırır.
Qara şokolad xüsusilə də hamilə qadınlara faydalıdır. Tərkibində tyubrumin adlı kimyəvi maddə sayəsində hamilə qadınları bir çox problemlərdən qoruyur.
Şokolad gözəllik üçün də önəmli qida maddələrindən biridir.
Tədqiqatçıların apardıqları araşdırmalar göstərib ki, gözəl və sağlam dəri üçün gündə 20 qram şokolad yemək lazımdır.
Şokoladla bağlı çoxlarının bilmədiyi bir maraqlı məlumatımız daha var. Sən demə, qara şokolad insanda ağrıya dözümlülük yaradırmış. Yəni ağrını azaltmaq, ümumiyyətlə, ən kiçik ağrıya böyük reaksiya vermək istəmirsinizsə, gündəlik qida rasionunuza mütləq şokoladı daxil edin.
Unutmayın ki, uzun ömrün sirrlərindən biri də bu dadlı qidadan mütəmadi olaraq istifadə etməkdir.
Tabloid.az
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ