Tabloid.az
Cinsi həyata mənfi təsir edən aludəçilik
Spirtli içkilərin zərərlərini saymaqla qurtaran deyil. Araşdırmalar demək olar ki, hər gün spirtli içkilərin daha bir zərərini ortaya çıxarır.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, spirtli
içki qəbul olunduqda daxili orqanlar onu yad cisim kimi qəbul edir
və bədəndən atmaq üçün fəailiyyətə başlayırlar. Normadan artıq olan
bu fəailiyyət daxili orqanların daha tez yorulmasına və funksiya
pozğunluqlarına gətirib çıxarır.
Spirtli içkilər ilk növbədə beyinə təsir edir. Əvvəlcə beyinin fəailiyyətini sürətləndirsə də, bu sürət
getdikcə azalır və insan özünü idarə edə bilmir.
Beynin hərəkət funksiyalarının yerinə yetirildiyi
beyin hissələrinə təsir etdiyi üçün bacarıq, refleks və hərəkət
gücü pozulur.
Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və serrozun yaranmasıdır.
Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.
Mütəxəsislər deyirlər ki, son illərdə cinsiyyət orqanlarının xəstəlikləri ilə üzləşən insanların sayı sürətlə çoxalır.
Bunu spirtli içki ilə əlaqələndirən alimlərin sayı kifayət qədərdir. Alkoqol cinsi istəyi azaldır və ehtirassız, sadəcə içməkdən həzz alan bir insan yaradır. Spirtli içkilərdən istifadə edən qadınların da cinsi həyatlarından məmnun olmadıqları və seks tələbatlarının azaldıqları müşahidə olunub.
Bu içkilərdən həddinən artıq içmək xarici görünüşə, xüsusilə, dəriyə də təsir edir. Daxili orqanlar xəstələndiyi və fəaliyyətləri pozulduğu üçün bədən təmizlənə bilmir. Nəticədə üz qırışır, dəri solur, dərinin rəngi tündləşir, ağızda əyilmələr, dodaqda göyərmələr müşahidə olunur.
Spirtli içki aludəçisi olduğundan şübhələnənlərin dərhal mütəxəssisə müraciət etmələri və müalicə almaları tövsiyə edilir.
Tabloid.az
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu