Tabloid.az
Şəkər xəstələri bu yazını oxumalıdırlar
Şəkərli diabet bir çox insanın problemidir. Şəkər xəstələrinin qidalanma rejimi də özünəməxsus olur. Şəkər xəstəliyindən əziyyət çəkənlərin işini asanlaşdırmaq üçün onlara faydalı olacaq qidaları araşdırmışıq.
Bu qidaları davamlı olaraq qəbul etsəniz, xəstəliyin sağlamlığınıza bir sıra mənfi təsirlərini aradan qaldıracaqsınız.
Bəs bu qidalar hansılardır?
1.Meyvə
Meyvələrin tərkibində təbii şəkər mövcuddur. Ona görə də şəkərin faizini nizamlayan sağlam qidalar sayılırlar. Bu qidalar orqanizmin şəkərə olan ehtiyacını ödəyir. Bunları müəyyən miqdarda qəbul etmək şəkər xəstələri üçün faydalıdır. Amma həddindən artıq istifadə etmək olmaz. Çünki təbii də olsa tərkibində şəkər var.
Meyvələr çox gözəl dadvericilərdir. Bir çox qidalara sevdiyiniz meyvələri əlavə edin və orqanizmin şəkərə olan ehtiyacını təbii yolla ödəyin. Tərkibi bir sıra minerallar, liflər və vitaminlərlə zəngin olan meyvələr orqanizmin sağlamlığı üçün çox faydalıdır.
Meyvənin təzəsi kimi, qurusu da faydalıdır. Məsələn, xurmanı bir miqdar su ilə qarışdıraraq ləzzətli və çox faydalı sirop hazırlaya bilərsiniz. Əncir, qayısı, kişmişdən də istifadə edə bilərsiniz.
2.Şirin tərəvəzlər
Şəkər xəstələrinin də dadlı yemək yeməyə haqqları çatır. Kök, kələm, bibər kimi dadlı tərəvəzlər diabet xəstələrinin yeməklərini dadlandırmaq üçün idealdır.
Bu tərəvəzlər minerallarla da zəngindir.
3.Bal
Qatqısız, təbii bal diabet xəstələri üçün çox faydalı qidalardan biridir.
Şəkər əvəzedicisi kimi istifadə edə bilərsiniz.
İndi isə şəkər xəstələri üçün faydalı olduğu sanılan, əslində isə çox zərərli olan bir qidadan bəhs edək. Bunlar süni dadvericilərdir. Süni dadvericilərdən bir çox pəhriz içkilərində və qidalarda istifadə olunur. Marketlərdə satılan və enerji dəyəri sıfır olaraq göstərilən qidalar şəkər xəstələrinin çay və suyu şirin etmək üçün istifadə etdikləri məhsullardan biridir. Ancaq bu məhsullar çox ziyanlıdır. Bir çoxunun tərkibində kanserogen maddələr var. Süni dadvericilər metabolizmanın fəaliyyətini pozur və bir çox xoşagəlməz simptomlara gətirib çıxarır.
Tabloid.az
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi