Tabloid.az
Ulduzların moda həftəsindəki stillərindən ilham alın - Fotolar
Bildiyiniz kimi, moda həftələrinə strat verilib. İlk dayanacaq Nyu-Yorkdur. NYFW şoularında iştirak edən Rihanna, Keti Holms, Olivia Palermo və Sarah Cessika Parker stilləri ilə hamını özlərinə heyran qoydular. Biz də bu xanımların moda həftəsinə nələr geyindiyini sizlər üçün araşdırdıq.
Rihanna ötən mövsüm Paris moda həftəsində seksuallığını nümayiş etdirmişdi. Ancaq müğənni Nyu-York moda həftəsinə olduqca sadə geyimdə qatılıb.
İnci aksessuarlar ilə tamamladığı ağ rəngli “Adam Selman” libasını “Christian Louboutin” ayaqqabıları ilə tamamlayıb.
Siz də Rihanna kimi geyinmək istəyirsinizsə, "Mango"nun bu köynəyini seçə bilərsiniz.
Şiş burunlu ayaqqabı dəbi ilə ayaqlaşmaq üçün “H&M” süni dərili bu modeli uyğun seçimdir.
İnci aksessuarlar bu kombini tamamlayan ən önəmli detallardan biridir. Siz də inci dəsti almaq istəyirsinizsə, “H&M” kolye, qolbaq və sırğadan ibarət dəstinə nəzər sala bilərsiniz.
“Chanel” dəfiləsində gördüyümüz böyük incilər bütün xanımların xəyalıdır.
Siz də inciləri xoşlayırsınızsa, qiyməti ilə də sizi sevindirəcək “Zara”nın inci modelinə nəzər salın.
Sarah Cessika Parker Nyu-York moda həftəsinə naxışlı libası ilə gəlib.
Həmişə diqqət çəkən geyimlərə üstünlük verən aktrisa bu dəfə sadəliyi ilə seçilib.
“Preen” brendinin mavi rəngli libasını, öz ayaqqabı kolleksiyasından olan gümüş rəngli stiletto ilə tamamlayıb.
“Asos” brendinin bu mavi libası Sarahın paltarına oxşayır. Qiyməti isə uyğundur.
Gümüş rəngli, şiş burunlu ayaqqabını isə “İnci Deri” brendindən əldə etmək olar.
Qalın qolbaqlar sadə geyimlərin ən yaxşı dostudur. Bir neçə zincir qolbağı üst-üstə taxa bilərsiniz. “Mango” markasının qolbağı sizin üçün uyğun ola bilər.
Olivia Palermonun sadə və şıq stili göz qamaşdırdı. Olivia Nyu-York moda həftəsinə cins köynəyi, “Black Orchid” brendindən olan ətəyi, “Rebecca Minkoff” çantası ilə gəldi. Öz brendi “Aquazzurra”dan olan səndəlləri də çox gözəldir.
Siz də buna oxşar cins köynəyi “Zara”dan, ətəyi “Mavi Jeans”dən, səndəli isə “Topshop” brendlərindən daha ucuz qiymətə əldə edə bilərsiniz.
Kəməri isə yenə “Zara”dan tapmaq mümkündür.
Keti Holms Moda həftəsinə gündəlik geyimdə gələrək hamını təəccübləndirdi.
Şalvarını cizgili köynək və qara ayaqqabı ilə kombinləyən gözəl olduqca şıq görünürdü.
Siz də bu tip şalvarı “LCW” brendindən, köynəyi “Zara”dan, ayaqqqabını “Nine West” markasından daha ucuz qiymətə əldə edə bilərsiniz.
Gördüyünüz kimi ulduzlar kimi geyinmək üçün zəngin olmağa ehtiyac yoxdur, eyni stili daha ucuz geyimlərlə yarada bilərsiniz.
Tabloid.az
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO