Əhvalı qaldıran dadlı meyvə hansıdır?
Bizi izləyin

Tabloid.az

Əhvalı qaldıran dadlı meyvə hansıdır?

Əhvalı qaldıran dadlı meyvə hansıdır?

Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir.

Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram hind qozu yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, bu yağın tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm