Tabloid.az
Hansı məşhur brendlərin geyimləri zəhərlidir? – Fotolar
Xanımların və eləcə də kişilərin ən sevimli brendlərindən çoxunun geyimlərinin zəhərli olduğunu bilirdiniz?
Bəli, çoxlu pul xərcləyərək qarderobunuza əlavə etdiyiniz, paltar, ayaqqabı, çanta və aksessuarların çoxu insan orqanizmi üçün zəhər qədər təhlükəli maddələrdən hazırlanır.
Ətraf mühiti qorumaq məqsədilə yaradılmış təşkilat - “Greenpeace” bir neçə ildir ki, hesabatlarında həmin brendlərin adlarını çəkərək, müştəriləri daha diqqətli olmağa çağırır. Ancaq görünən odur ki, heç kim dünyaca məşhur brendlərin insan sağlamlığını təhlükəyə atacağına inanmır və ya inanmaq istəmir.
Bəs, “Greenpeace” hansı brendlərin zəhərli geyimlər istehsal etdiyini bildirir?
“Greenpeace”-in son hesabatında “Zara”, “Levi's”, “Mango” kimi brendlərin məhsullarında təhlükəli kimyəvi maddələrin olduğu bildirilib. Təşkilat 20-yə yaxın geyim brendinin məhsullarında zəhərli kimyəvi maddələr aşkarladığını açıqlayıb.
Həmin brendlər arasında “Benetton”, “Jack & Jones”, “Only”, “Vero Moda”, “Blažek”, “C&A”, “Diesel”, “Esprit”, “Gap”, “Armani”, “H&M”, “Zara”, “Levi's”, “Victoria Secret”, “Mango”, “Marks&Spencer”, “Metersbonwe”, “Calvin Klein”, “Tommy Hilfiger”, “Vancl” da var.
Brendlərin məhsullarında aşkarlanan kimyəvi maddələrin təbiətə qarışdığı zaman xərçəngə və hormon pozuqluğuna səbəb ola biləcəyi bildirilib. Təşkilat “Zəhərli geyimlər” hesabatını hazırlayarkən 141 ədəd geyim üzərində uzun müddətli araşdırmalar aparıb.
Test edilən məhsulların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən seçilib. Məhsullar arasında qadın və kişilər üçün həm süni, həm də təbii ipliklərlə hazırlanmış cins şalvar, köynək, paltar və alt paltarları var.
“Greenpeace” bütün geyim brendlərindən 2020-ci ilə qədər bu zərərli maddələrin istifadəsini tamamilə dayandırmalarını tələb edib. Artıq "H&M" və "Marks&Spencer" brendləri təşkilata bu mövzuda vəd veriblər.
Tabloid.az
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ