Tabloid.az
"Ye, sev və həzz al" - Fotolar
Oktyabrın ilk günlərində yemək haqqında maraqlı kitablar satışa çıxarılıb. Tabloid.az seçiminizi asanlaşdırmaq üçün kitabları haqqında maraqlı məlumatı təqdim edir:
Ceymi Oliver "Ceymi ilə qənaət edin"
Oliver yeni kitabında pulu lazımsız yerə xərcləməməyin, keyfiyyətli ərzaq məhsulları almağın yollarını açıqlayır. Müəllif yemək reseptləri də verib. Lakin kitab daha çox yeni evdarlığa başlayanlar üçün istiqamətləndirici vəsait kimi qiymətləndirilr.
Vitaliy Zadvornıy, İvan Lupadin. "İtaliya. Qastronomiyanın tarixi. Lukuladan bizim dövrümüzə qədər"
Maraqlıdır ki, müəlliflər İtaliya qastronomiyasına milli tarixin bir hissəsi kimi yanaşıblar. Pizza və ya rizotto intibah dövrünün rəssamlarının işlərinin ayrılmaz bir hissəsidir. Bu kitab yeməyin mədəniyyətin tərkib hissəsi olduğunu təsdiqləyir.
Corc Martin. "Böyük ziyafətin buzu və alovu"
Kitabın tərtibatçıları xörəklərin adını Corc Martinin "Taxt-tac oyunları" əfsanəsindən götürüblər. Kitabın təcrübəli və tədqiqatçı müəllifi orta əsrlərin yemək kitablarını araşdırıb. İndi evdə qarğıdalı oladisini qədim dövrlərdəki kimi bişirmək olduqca asan olacaq.
Layla Demey, Lora Vatren " Ye, sev və həzz al. Yemək."
Bu kitab dünyadakı yeməli zövqləri haqqındadır. Qəhrəman Parisdə ekoloji təmiz məhsullar axtarışındadır, fermalara sponsorluq edilməsi uğrunda mübarizə aparır. Nyu-Yorkda məktəblilərinin səhər yeməyində yağların miqdarının çox yüksək olmasından dəhşətə gəlir.
Triş Desen. "Parisli qız. Qurman şəhər"
Bu kitabı Parisin qastronomik xəritəsi də hesab etmək olar. Kitabda bazardan tutmuş restoranların ünvanı, menyuları, qiymətləri haqqında bütün məlumatlar var.
Naycella Louson ."Nigellissima: italyansayağı həzz"
Briyaniya televiziyasının kulinar ilahəsi Naycella Louson rahat ev yeməyinə üstünlük verir. O, sadə, lakin effektli reseptləri bəyənir. Onun mərcimək şorbası və ya rozmarin ətirli lobyası evdə heç nədən bayram ovqatı yaratmağa qadirdi.
Kristin Xarmel. "Unudulmuş darçın qoxusu"
Əsərin qəhrəmanına yarıdağılmış konditer dükanı miras qalır. Yeni reseptlər onu böhrandan çıxardır. Bununla da boşandıqdan sonra yeniyetmə qızı ilə də münasibətlərini qaydasına salır.
Elizabet Qilbert. «Böyük nənəmin kulinar kitabı. Oxumaq və həzz almaq üçün kitab"
Yazıçının böyük nənəsinin belletristik reseptləri xörəyin, şam yeməyinin bütün ailə üzvlərinin bir süfrə arxasına toplanmalı olduğu dövrləri xatırladır.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri