Meqan Foks seks həyatından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Meqan Foks seks həyatından danışdı - Fotolar

Aktrisa lezbiyan aparıcını ən seksual qadın elan etdi

Məşhur aktrisa Meqan Foks “Cosmopolitan” jurnalına müsahibə verib.

Brayan Ostin Qrinlə evli olan cazibədar ulduz şəxsi həyatı ilə bağlı maraqlı açıqlamaları ilə təəccübləndirib.

Tabloid.az Meqan Foksun müsahibəsindən maraqlı hesab etdiyimiz hissələri təqdim edirik:

- Həyat yoldaşınla münasibətləriniz əvvəlki kimi öz həyacanını qoruyub saxlayır?

- Həyəcan yoxdur. İki uşaqla bu imkansızdır. Böyük oğlum Noah doğulduğundan bəri cəmi üç dəfə birlikdə harasa gedə bilmişik.

- Sizcə, uzun müddətli əlaqə üçün cütlüklər nə etməlidirlər?

- Sizi ən pis günlərinizdə, ən çirkin göründüyünüz vaxtlarda belə sevə biləcək insanla birlikdə olmalısınız. Məsələn, mən 24 saat aktrisa ola bilmərəm. Brayan ilə çox çətin dövrlərdən keçmişik və hələ də bir-birimizi sevirik.

- Münasibətinizdə hörmət, yoxsa sevgi əsasdır?

- Biz həm də valideynik, ona görə də bir-birimizə hörmət edirik. O, möhtəşəm həyat yoldaşı və atadır. Ömrümün sonuna qədər onunla evli qalmaq istəyərəm. Amma seks həyatımızı nizamlaya, sistemə sala bilmirəm.

- Bu günə qədər sekslə məşğul olduğunuz ən çılğın yer hara olub?

- Mən özümü tanıyandan bəri Brayan məşhur bir adam olub. Ona görə də həmişə ehtiyatlıdır. Mən də oteldə qalanda belə pəncərələrin pərdəsini çəkməyə diqqət edirəm. Hətta çəkib çəkmədiyimi dəfələrlə yoxlayıram. Ona görə də çılğınlıq edib ağlagəlməz bir yerdə sekslə məşğul olmamışıq.

- Seksual görünmək üçün nə edirsən?

- Sadəcə cins şalvar və adi köynək geyinirəm. Ağır makiyaj etməyi sevmirəm. Seksual bir qadınam, amma bir tərəfim də kiçik bir oğlan uşağı kimidir.

- Ana olmaq seksuallığına necə təsir etdi?

- Əlbəttə ki, yaxşı. Heç bir kişinin edə bilməyəcəyi bir şeyi edirsən, dünyaya körpə gətirirsən. Bu insana özünü güclü hiss etdirir.Təbii ki, fiziki baxımdan çox çətindir. Hamilə olanda düz 7 ay manikür etdirmədiyimi xatırlayıram.

- Səncə ən seksual məşhur qadınlar kimlərdir?

- Məncə, Ellen DeGeneres çox seksualdır. Bəlkə də enerjisi insanda bu təəssüratı oyadır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm