Tabloid.az
Uşaqları qış xəstəliklərindən qorumağın yolları
Bağça və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq üçün maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir.
Qidalanma:
Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Səhv qidalanma uşaqlarda immunitetin zəifləməsinə səbəb olur. Uzun müddət ac qaldıqda isə müxtəlif qış xəstəlikləri yaranır. Ona görə düzgün qidalanmaq və istəyə uyğun mövsümi tərəvəzlərdən istifadə etmək lazımdır.
Xüsusi qeyd etmək lazımdır ki, qış mövsümündə azyaşlı körpələr də xəstələnir. Bu baxımdan onlara tərkibi rəngləndiricilərdən ibarət olmayan üzvi körpə qidaları verilməlidir.
Maarifləndirmə:
Bura xəstəliklər haqqında məlumatlandırma, əl yuma və tualet vərdişləri, şəxsi gigiyena və s. aiddir.
Uşaq xəstəliyə tutulduqda məktəb və bağçaya göndərilməməli, müəllimlərə məlumat verilməlidir. Müəllimlər də uşaqlarda olan yoluxucu qış xəstəliklərini gördükdə ailəni dərhal məlumatlandırmalıdır. Kiçik uşaqlar arasında yoluxucu xəstəliklər haqqında ciddi maarifləndirmə aparılsa, daha yaxşı olar. Beləliklə onlar xəstəliklərdən uzaq olar.
Əllərin yuyulması, şəxsi gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə apardıqda primitiv görünən fəaliyyətlər yaddan çıxmamalıdır.
Məsələn, uşaqların bəziləri öskürərkən və ya asqırarkən sadə proseduralara fikir verməzlər. Onlara xəstəliklərdən qorunmaq üçün havada çox olmamağı və ağzı açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda uşaqların salfetlərdən istifadə etməsinə və əlləri yumasına fikir verin. Əllər xüsusi maye sabunlarla və bol su ilə yuyulmalıdır. Tualet vərdişləri öyrədilərkən şəxsi gigiyenaya və təmizliyə fikir verilməlidir.
Peyvənd:
Qış xəstəlikləri zamanı lazım olan peyvəndlər vurulmalıdr. Bu peyvəndlər immunitetə təsir göstərərək uşaqları yoluxucu xəstəliklərdən qoruyur.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO