Tabloid.az
Lara Fabian Bakıda ilk dəfə konsert verəcək - Video
Dünya estradasının ən parlaq ulduzlarından sayılan Lara Fabian Bakıda konsert verəcək.
Tabloid.az xəbər verir ki, konsert noyabrın 23-də Heydər Əliyeva Sarayında olacaq.
Müğənninin Bakıda təqdim edəcəyi “Best of...” proqramı daha əvvəl böyük uğurla Nyu-York “Karneqi holl”da təqdim edilib.
Lara Fabian özünün böyük musiqi qrupunun müşayiəti ilə canlı proqram təqdim edəcək. Pərəstişkarlar “Je t’aime”, “Adagio”, “Tout”, “I will love again” kimi meqa-hitlər, Hollivud filmlərindən “saundtrek”lər, 25 il ərzində Lara Fabianın ifa etdiyi ən yaxşı mahnıları dinləyəcəklər.
Qeyd edək ki, bütün yaradıcılıq fəaliyyəti dövründə müğənni 11 studiya albomu buraxıb.
Bu, Lara Fabianın Bakıda ilk solo konserti olacaq.
40-280 manat arasında dəyişəcək biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO