Tabloid.az
7 addımda sizə aşiq olmasını təmin edin!
Məhəbbəti təəssüf ki, sifariş vermək olmur. O, bizi heç gözləmədiyimiz anda yaxalayır. Amma qarşı tərəfin marağını çəkə bilsəniz, kişilərin çox çətin bağlanan canlılar olmadığını görəcəksiniz. Dəlicəsinə bəyəndiyiniz bir kişi var, amma bu məsələdə nə etməniz lazım olduğunu bilmirsinizsə, narahat olmayın. Tabloid.az sizin üçün hazırladığı bu taktikaları nəzərə almağı təklif edirik!
Uzaq durun!
Başlanğıc olaraq bir az sərt ola bilər, bunu qəbul edirik, amma inanın bu vəziyyətin sizin xeyrinizə işlədiyini və qarşınızda açılan perspektivləri yaxın zamanda özünüz də görəcəksiniz. Üstünə düşməyin, daim axtarıb, ya da yazıb onu yormayın. Onun sizi xatırlamasını gözləyin. Hər zaman onun yazmasını gözləməyi tövsiyə etmirik, amma, ən azından ilk xatırlayan tərəf həmişə siz olmayın.
İlk addımlar!
Qadınların üzərinə yapışan tabulardan biri də "ilk addımı qadın atmamalıdır!" fikridir. Bu vəziyyəti biz də dəstəkləmirik desək, yalan olar. Əlaqəyə başlamaq və münasibət qurmaq üçün həyəcanlı olduğunuzu bilirik, amma ona bir az vaxt verin. Sizin bu məsələdə həyəcanlı olmağınız onu qorxudub qaçırır. Yadda saxlayın ki, kişilər münasibətlər ciddi olmağa başladıqda çox zaman qaçmağa tərəf üz tuturlar.
Sirli olun!
Dediyimiz kimi kişilər həll etməsi çətin varlıqlar deyil, əksinə olduqca bəsitdirlər. Əgər ona onu nə qədər istədiyinizi bəzi işarələrlə hiss etdirsəniz, sizi rahat əldə edilən qadın hesab edəcək. Ya da həddindən artıq diqqətiniz onu ərköyün edə bilər. Hətta sizdən yaxşısını tapmasa belə, sizin sevginizdən çox arxayın olduğu üçün meydana gələn özünəinam partlayışları sizi təəccübləndirəcək! Bu səbəblə sizə olan qayğısından və sevgizindən əmin olana qədər onu nə qədər çox sevdiyinizi açıq-aşkar bəlli etməsəniz, daha yaxşıdır. Sevdiyiniz insanın sizin üçün nə qədər dəyərli olduğunu tez-tez söyləməkdənsə, bəzən hiss etdirmək daha önəmlidir.
Şəxsi həyatınıza laqeyd yanaşmayın!
Kim yanında və ya həyatında güclü sevgilisinin olmasını istəməz ki? Dostlarınıza və sosial həyatınıza vaxt ayırın. Bütün həyatınız yalnız ondan ibarət olmalı deyil. Qarşı tərəfin sizin onsuz da xoş keçən həyatınız ola biləcəyinin fərqində olması lazımdır. Hobbiniz, işinizi, sevdiklərinizi arxa plana atmamağa çalışın. Bu vəziyyət ona sizi itirmə qorxusu, sizə isə onu qazandırır! Dolayısı ilə sizə olan hissləri daha da artır.
Fikirlərinə əhəmiyyət verin və dinləməyi bacarın!
Bunu xüsusi olaraq vurğulamağa gərək belə yoxdur. Əgər onu sevirsinizsə, fikirlərinə əhəmiyyət verməlisiniz. Sadəcə bunu ona xırda nüanslarla bəlli edin. Qərarsız qaldığınız bir məsələ haqqında onunla məsləhətləşə, ya da həll edə bilmədiyiniz bir problem üçün ondan kömək ala bilərsiniz. Bu, ona özünü güclü hiss etdirəcək. Həmçinin sizə köməkçi ola bilmək onu sizə daha da yaxınlaşdıracaq!
Qısqandırmaq, yoxsa qısqandırmamaq?
Qısqanclıq oyunları bəzən kefli ola bilər, amma bunun dərəcəsini bilməyəndə bəsit bir hal alır. Adiləşmiş hal alanda isə sizi gülməli vəziyyətə sala bilər. Üstəlik, kişilər bundan o qədər də xoşlamırlar. Bunları çox şişirtmədən zarafatla, ya da tamamilə başqa bir şeydən danışırmış kimi hekayənizin alt mətnində gizli şəkildə vurğulaya bilərsiniz. Mövzu qısqanclıq olduqda kişilər o gizli mətni də tapır çıxarır.
Özgüvəni heç zaman itirməyin
Ən mühüm amil bu olmalıdır. Xarici görünüşə önəm vermirəm deyənlərin belə bunu əslində, vacib saydıqlarına inanırıq. Kişilər bütün dövrlərdə baxımlı qadınları daha çox xoşlayıblar. Bunun üçün onları günahlandırmaq lazım deyil. Həm də baxımlı qadını kim sevməz ki? Lakin bu o demək deyil ki, siz bütün günü zəngin makiyajla gəzməlisiniz. Sadə və təbii makiyajla da gözəl görünə bilərsiniz.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü